Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3590
az

Hava yenidən sərinləşəcək -

21:0711 İyul, 2018
891
CƏMİYYƏT
  • A
İyulun 13-dən Azərbaycanda havanın temperaturu enəcək.

Bunu Oxu24com.-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, iyul ayının ilk günlərində Azərbaycanda son 120 ilin rekord göstəriciləri qeydə alınıb:

"Hazırda havanın temperaturu normadan yüksəkdir. Amma biz iyul ayının ilk günlərindəki hava şəraitinin göstəriciləri ilə hazırkı vəziyyəti müqayisə etdikdə məlum olur ki, temperatur bir neçə dərəcə aşağıdır. Bu istilər uzun müddətli olmayacaq.

Artıq ayın 13-dən havanın temperaturu aşağı enəcək. Şimal küləyi güclənəcək və küləkli hava şəraiti bir neçə gün davam edəcək. Həmin müddət ərzində temperatur iqlim norması daxilində olacaq”.

Umayra Tağıyeva qeyd edib ki, son 15 ilin statistikası təsdiqləyir ki, Azərbaycanda ən isti dövrlər iyul və avqustda müşahidə olunur:

"Bu ilin avqustunda isti dövrlər müşahidə olunacaq. Biz bu gün və sabah rekord göstəricilərin təkrarlanmasını gözləmirik.

Avqustda da rekord göstəricilərin olması ola bilər. Uzun müddətli hava proqnozların etibarlılığı o qədər yüksək olmur. Son illərin statistik məlumatlarına əsasən, deyə bilərik ki, iyul və avqust ayları ümumi tendensiyadan az fərqlənəcək”.
 

Nazirlik rəsmisi qeyd edib ki, havanın temperaturunun kəskin artması gözlənildiyi halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əhaliyə və təşkilatlara məlumat veriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən...
Azərbaycanda işsizlərə pul ödəniləcək - VİDEO
Sabah bu ərazidə də işıq kəsiləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Yük maşınının altında      qalıb      öldü