Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35822
az

Qadınlar bu gigiyena vasitələrindən imtina etməlidir

21:3318 İyul, 2020
513
  • A

London imperator kolecinin alimləri sübut edir ki, qadınlar qadin intim gigiyena vasitələrindən imtina etməlidir. Söhbət bu bölgələr üçün nəzərdə tutulmuş sabun və gellərdən gedir.

Oxu24.com xarici KİV-lərə istinadla bildirir ki, alimlər KİV-dən qadınlara müraciət edib. Müraciətdə onlar qeyd edirlər ki, heç bir həkim belə vasitələrdən istifadə etməyi tövsiyə etmir və bu yalnız reklam hiyləsidir.

Alimlərin fikrinə görə, intim gigiyena vasitələri nəinki heç bir fayda vermir və yalnız pul itkisidir, bu vasitələr qadın sağlamlığına ziyan vurur. Bunun bir çox səbəbləri var:

- Bu vasitələr bəzi xəstəliklərin simptomlarını azaldır və ya gizlədir (məsələn, qaşınmanı). Nəticədə qadın bu simptoma fikir vermir və həkimə vaxtında müraciət etmir.

 - Digər tərəfdən bu vasitələr infeksion və göbələk xəstəliklərinin, vaginanın mikroflorasının pozulmasının riskini artırır.   

- İntim gigiyena vasitələri dərini həddindən artıq qurudur və bu da mikroçatların əmələ gəlməsinə səbəb olur ki, bu da müxtəlif infeksiyaların riskini artırır.

Həkimlər vaginanın daxilini xüsusi vasitələrlə yumağı qəti şəkildə tövsiyə etmirlər. Uşaqlıq yolu özü özünü təmizləyən orqandır və istənilən "müdaxilə" qadın sağlamlığına yalnız ziyan vurur. Bu həm adi sabun və gellərə, həm də "xüsusi" vasitələrə aiddir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş