Qaynar xətt:

(+99450) 247 90 86

Daha 250 Azərbaycan vətəndaşı Dağıstandan təxliyə ediləcək

Daha 250 Azərbaycan vətəndaşı Dağıstandan təxliyə ediləcək

CƏMİYYƏT

526

10.07.2020, 17:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qarşıdan gələn həftə ərzində Rusiya-Azərbaycan sərhədi boyunca 250 civarında olan vətəndaşlarımızın ölkəyə gətirilməsi nəzərdə tutulub".

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev qeyd edib ki, həftə ərzində Gürcüstanda olan 200 vətəndaş Azərbaycana gətiriləcək:

“Qətərdən və Macarıstandan da Azərbaycana vətəndaşların gətirilməsi nəzərdə tutulub”.