Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
781
10.06.2020, 18:00
Təqva elə bir qüvvədir ki, insanı günahdan saxlayar və insanda müsbət bir xof - Allah qorxusu yaradar. İnsan təqvaya görə günahdan uzaq olar və büdrəmələrdən çəkinər. Təqvanın mərhələləri vardır ki, onlarla tanış olaq:
1. Danışıqda təqva. Təqvalı insan səbəbsiz heç bir söz deməz. Nahaq yerə şəhadət verməz. Bu insan sui-zənn etməz. Bu insan həyatının ən çətin anında belə, haqdan əl çəkməz. Yalan danışmaz.
2. İctimai həyatda təqva. Siyasi mövzularla bağlı Quran buyurur: "Ya Peyğəmbər, Allahdan qorx və kafirlərə və münafiqlərə itaət etmə, çünki Allah daim (işlərin məsləhətlərini) biləndir və (onların icrasında) hikmət (diqqət və möhkəmlik) sahibidir". ("Əhzab" 1).
Təqvalı insan cəmiyyətə heç bir zaman ziyan vurmaz. Bu gün cəmiyyətdə çatışmayan şey - elm deyildir, əslində təqvadır.
3. Ailədə təqva. Təqvalı qadın və ya kişi o kəsdir ki, yaxşı həyat yoldaşı olar. Zülm etməz, əgər xəta etsə, üzr istəyər.
4. İşlərdə, rəftarlarda təqva. Təqvalı müəllim dərsinə gecikməz, dərsində səhlənkarlıq etməz.
Təqvalı tacir malını baha satmaz və çəkidə aldatmaz.
Təqvalı insan iş yerindəki telefondan öz şəxsi işləri üçün istifadə etməz. İnsanların vaxtını öz şəxsi işləri üçün sərf etməz.
Təqvalı məmur rüşvət almaz, insanların haqqını basmaz.
Təqvalı həkim xəstəyə lazım olmayan dərmanları yazıb, haram pul qazanmaz.
00:26 / 12 May 2026
162
00:06 / 12 May 2026
281
23:58 / 11 May 2026
180
23:54 / 11 May 2026
435
23:45 / 11 May 2026
420
23:43 / 11 May 2026
82
23:40 / 11 May 2026
82
23:32 / 11 May 2026
100
23:24 / 11 May 2026
95
23:17 / 11 May 2026
841
23:15 / 11 May 2026
262
23:14 / 11 May 2026
4714
23:11 / 11 May 2026
249
23:10 / 11 May 2026
107
23:06 / 11 May 2026
248
22:59 / 11 May 2026
351
22:59 / 11 May 2026
87
22:44 / 11 May 2026
542
22:43 / 11 May 2026
12728
22:34 / 11 May 2026
344
22:29 / 11 May 2026
301
22:23 / 11 May 2026
646
22:17 / 11 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.