Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
618
09.06.2020, 21:53
"Bildiyiniz kimi, biz bu ilin əvvəlindən ölkə üzrə tam icbari tibbi sığortaya keçməli idik, ancaq pandemiya planlarımıza müdaxilə etdi. Biz indi bir neçə pilot layihəni icra edərək gördük ki, bunun üstünlüyü nədən ibarətdir və vətəndaşlar da gördü. Ona görə gələn ilin əvvəlindən artıq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulur. Bir daha demək istəyirəm ki, əgər biz bu tibb ocaqlarını vaxtında tikməsəydik, indi xəstələri müalicə etmək mümkün olmazdı. Baxın, indi 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə olunur, bölgələrdə yeni tikilmiş bütün xəstəxanalarda. Əgər bu olmasaydı, harada müalicə olunacaqdı? Bakı şəhərində ən çox harada müalicə olunur: Tibb Universitetinin Cərrahiyyə Klinikasında və Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında. Ən çox müalicə olunan xəstələr oradadır. Yeni klinikada 575 çarpayı mövcuddur. Bizim digər təmir edilmiş, yaxud da yenidən tikilmiş klinikalardır və bütün klinikalar tibbi avadanlıqla təmin olunub. Son illərin istehsalı, aparıcı şirkətlərin istehsalı olan avadanlıq bizə imkan verir ki, istənilən xəstənin müalicəsini təmin edək. Ona görə, bax, bu görülmüş işlərdir və son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bu güclü sosial səhiyyə infrastrukturu bizə imkan verdi ki, bu vəziyyətdən də şərəflə çıxaq. Biz iki min əlavə çarpayını ona görə yaradırıq ki, bu, bir ehtiyat olsun, Allah eləməsin, bu xəstəlik daha geniş yayılsa, bizim imkanımız olsun. Lazım olarsa, əlavə 10 xəstəxana da tikərik. Yəni, bu məqsədlər üçün biz istənilən vəsaiti tapa bilərik və tapırıq".
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.