İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı
21 Fevral 2026, 10:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
519
09.06.2020, 20:58
"Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.
Həmçinin oxuyun
"Biz, eyni zamanda, sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb", - dövlət başçısı bildirib.
10:49 / 21 Fevral 2026
55
10:42 / 21 Fevral 2026
122
10:38 / 21 Fevral 2026
24
10:37 / 21 Fevral 2026
24
10:18 / 21 Fevral 2026
84
10:17 / 21 Fevral 2026
29
10:00 / 21 Fevral 2026
375
08:55 / 21 Fevral 2026
112
08:46 / 21 Fevral 2026
49
02:09 / 21 Fevral 2026
80
00:33 / 21 Fevral 2026
113
23:55 / 20 Fevral 2026
126
23:53 / 20 Fevral 2026
101
23:49 / 20 Fevral 2026
210
23:30 / 20 Fevral 2026
93
23:28 / 20 Fevral 2026
108
23:22 / 20 Fevral 2026
95
23:20 / 20 Fevral 2026
93
23:17 / 20 Fevral 2026
94
23:12 / 20 Fevral 2026
94
23:12 / 20 Fevral 2026
130
22:58 / 20 Fevral 2026
190
22:54 / 20 Fevral 2026
3575
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.