Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
783
09.06.2020, 00:35
Ünvanlı sosial yardım almaq üçün müraciət prosedurları asanlaşıb.
Oxu24.com “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, qeydiyyat tam olaraq elektron formada həyata keçiriləcək. Vətəndaşın elektron formada olan gəlirlərində dəyişiklik baş verərsə, onu yenidən təqdim etməsinə ehtiyac qalmayacaq. Ünvanlı sosial yardımın verilməsi müddəti isə 2 ildən 1 ilə endirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin Böyük məsləhətçisi Nuranə Həsənovanın sözlərinə görə, ötən il 296 min üzvü olan 70 mindən çox ailə ünvanlı sosial yardımla əhatə olunub. Bu il isə 350 mindən çox üzvü olan 82 min ailə ünvanlı sosial yardımla təmin edilib. Bir müddət əvvəl isə "Ünvanlı dövlət sosial yardımı" haqqında qanuna dəyişiklik edilib. Yeni qaydalara əsasən, qeydiyyat tam olaraq elektron formada həyata keçiriləcək. Dəyişikliklər ünvanlı sosial yardımla bağlı prosedurların azaldılmasını, müraciət mexanizminin sadələşdirilməsini özündə əks etdirir. Məqsəd daha çox insanın bu yardımdan səmərəli istifadəsinə nail olmaqdır.
Əgər vətəndaşın elektron formada olan gəlirlərində dəyişiklik baş verərsə, onu yenidən təqdim etməyə ehtiyac qalmayacaq. Elektron formada olmayan gəlirlərdəki dəyişikliklər isə 15 gün müddətində təqdim edilməlidir. Ünvanlı sosial yardıma müraciət proseduru da sadələşdirilib. Artıq müraciət zamanı bir neçə qurumdan sənəd yığmağa ehtiyac olmayacaq.
Bundan əlavə, kreditin gəlir kimi nəzərə alınmaması ilə bağlı da layihə hazırlanıb və yaxın vaxtlarda hökumətə təqdim ediləcək.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.