"Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər" - AÇIQLAMA
21 Fevral 2026, 02:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
857
08.06.2020, 20:41
“Çalışmaq lazımdır ki, polislərlə vətəndaşlar arasında qarşıdurma olmasın. Bu, heç də yaxşı hal deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Vahid Əhmədov deyib ki, polislər vətəndaşlarla rəftarında olduqca diqqətli və həssas olmalıdır:
“Mən sosial şəbəkələrdə yayılan videolara baxdım. Polislər zorla evlərə girib vətəndaşları lüt bayıra çıxarırlar, bu doğru hal deyil. Belə hərəkətlər etməyə ehtiyac yox idi. Ümumiyyətlə, bu cür hallara nə ehtiyac var idi? Həmin vətəndaşlar qaydaları pozublarsa, cərimələri yazılsın və yaxud da normal qaydada polisə aparılsın. Bu cür hərəkətlər dövlət başçısının apardığı siyasətə də ziddir. Cənab Prezident özü tibbi maska taxaraq vətəndaşlara müraciət edirsə, artıq bu, onlara xəstəliyin nə qədər təhlükəli olması barədə bir mesajdır. Vətəndaşlarımız da bunu anlamalıdırlar”.
Həmçinin oxuyun
Deputat polislərin də işinin çətin olduğunu vurğulayıb:
“Mən başa düşürəm ki, polislərin də işi çox çətindir, onların üzərinə böyük məsuliyyət düşür. Amma çalışmaq lazımdır ki, belə həssas dövrdə vətəndaşlarla rəftarda kobudluqlar olmasın”.
Nazirlərin Kabinetinin sərt karantin rejiminin tətbiqi ilə bağlı qərarına da toxunan V.Əhmədov qeyd edib ki, hökumətin bu addımı vətəndaşlar tərəfindən düzgün qəbul edilməlidir:
“Bu məsələ ilə bağlı Milli Məclis tərəfindən qanun qəbul edilib, Operativ Qərargah tərəfindən isə qaydalar təsdiq olunub. Şənbə-bazar günləri tətbiq edilən sərt karantin rejiminin əsas məqsədi vətəndaşların sağlamlığının qorunması üçün idi. Çünki Azərbaycanda koronovirusa yoluxma halları ötən aya qədər müsbətə doğru gedirdi. Amma qəfildən yoluxma halları artdı. Ona görə də Operativ Qərargah qaydaları sərtləşdirməyə məcbur oldu. Nəticədə isə şənbə və bazar günləri sərt karantin elan olundu. Burada məqsəd ilk növbədə əhalinin sağlamlığının qorunmasıdır. Vətəndaşlar da anlamalıdırlar ki, qaydalara əməl etmək hər birimizin borcudur. Əgər cənab Prezident tibbi maska və əlcək taxırsa, vətəndaşlar niyə taxmasın? Bu qaydalara hamı əməl etməlidir”.
02:09 / 21 Fevral 2026
62
00:33 / 21 Fevral 2026
92
23:55 / 20 Fevral 2026
76
23:53 / 20 Fevral 2026
88
23:49 / 20 Fevral 2026
172
23:30 / 20 Fevral 2026
81
23:28 / 20 Fevral 2026
94
23:22 / 20 Fevral 2026
83
23:20 / 20 Fevral 2026
82
23:17 / 20 Fevral 2026
83
23:12 / 20 Fevral 2026
80
23:12 / 20 Fevral 2026
114
22:58 / 20 Fevral 2026
169
22:54 / 20 Fevral 2026
3329
22:48 / 20 Fevral 2026
821
22:34 / 20 Fevral 2026
137
22:25 / 20 Fevral 2026
114
22:23 / 20 Fevral 2026
89
22:19 / 20 Fevral 2026
150
22:14 / 20 Fevral 2026
374
22:07 / 20 Fevral 2026
130
22:05 / 20 Fevral 2026
101
21:58 / 20 Fevral 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.