"Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər" - AÇIQLAMA
21 Fevral 2026, 02:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
573
08.06.2020, 19:34
Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərləri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı videogörüş keçirib.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, videogörüşdə Ceyhun Bayramov qeyd edib ki, yaz imtahan sessiyası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr və təlimati məktublarında göstərilən şərt və tələblərə riayət olunmaqla təşkil edilir. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar imtahanların texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilir, eyni zamanda canlı imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə ciddi riayət olunması təmin edilir.
Qeyd edilib ki, təhsil müəssisələrində imtahan qərargahları yaradılıb və imtahan sessiyası müddətində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması, onların yerində həll edilməsi təmin edilir. Yaz imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələrin təşkili və sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanlarda iştirak etmək imkanının yaradılması tapşırılıb.
Həmçinin oxuyun
Nazir həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müraciətlərin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən nəzarətdə saxlanmasını tapşırıb.
Bildirilib ki, ali təhsil müəssisələri imtahan sessiyasının gedişatı barədə ictimaiyyəti müntəzəm olaraq məlumatlandırmalı və tələbələrlə kommunikasiya işinin səmərəliliyini artırmalıdır.
02:09 / 21 Fevral 2026
1
00:33 / 21 Fevral 2026
50
23:55 / 20 Fevral 2026
46
23:53 / 20 Fevral 2026
53
23:49 / 20 Fevral 2026
123
23:30 / 20 Fevral 2026
48
23:28 / 20 Fevral 2026
57
23:22 / 20 Fevral 2026
49
23:20 / 20 Fevral 2026
49
23:17 / 20 Fevral 2026
48
23:12 / 20 Fevral 2026
49
23:12 / 20 Fevral 2026
76
22:58 / 20 Fevral 2026
118
22:54 / 20 Fevral 2026
3091
22:48 / 20 Fevral 2026
669
22:34 / 20 Fevral 2026
105
22:25 / 20 Fevral 2026
87
22:23 / 20 Fevral 2026
56
22:19 / 20 Fevral 2026
98
22:14 / 20 Fevral 2026
308
22:07 / 20 Fevral 2026
102
22:05 / 20 Fevral 2026
75
21:58 / 20 Fevral 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.