Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
712
08.06.2020, 19:01
Dünən Yasamal rayonunda bir nəfərin karantin qaydasını pozduğu üçün saxlanılan zaman bina sakinlərinin polislərin üzərinə balkonlardan zibil torbaları atması sosial şəbəkələrdə ciddi tənqid olunub. Vətəndaşlar məsələyə reaksiya verərək bunun düzgün addım olmadığını bildirərək polisin qərarları icra etdiyini, xidmət apardığını bildirirək insanlara da karantin qaydalarına əməl edərək evdə qalmağa çağırış ediblər.
Bu gün səhər saatlarında Çevik Polis Alayının geniş əməliyyat qrupunun həmin binalarda keçirdiyi saxlanma zamanı davranışı tənqidi fikirlərin onların üzərinə yönəlməsinə səbəb olub.
Polis əməkdaşlarının mənzillərə daxil olaraq dünənki etirazda iştirak etdiyində şübhələnilən şəxsləri yatdığı yerdə yarıçılpaq formada saxlayıb evdən çıxarması narazılığa səbəb olub. Sosial şəbəkələrdə yayılan əməliyyat videolarından birində 5-6 polisin evə daxil olması və qadınların onlara “evdə uşaq var, qorxar” deməsinə baxmayaraq yataq otağına girərək şübhəli şəxsi yarıçılpaq halda saxlaması tənqidlə qarşılanıb.
Dünən zibil atanları tənqid edib polisi müdafiə edən vətəndaşlar bu gün polis əməkdaşlarının bu hərəkətinə narazılıqlarını bildiriblər. Sosial şəbəkə istifadəçiləri reaksiyalarda “sanki zibil atan yox, terrorçu saxlanılır” deyə tənqidi fikirlər səsləndiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis həmin şəxslərlə qanun çərçivəsində davranıb: “Terrorçu kimi davranılmayıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar. Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Qanunun polisə verdiyi səlahiyyətlər çərçivəsində polis hərəkət edib”
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.