3 gün dayanmadan yağış yağacaq - Bu tarixlərdə
11 May 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
873
07.06.2020, 22:10
Son 40 il Azərbaycanda ən isti dövr hesab olunur.
Oxcu24.com Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, bütün ölkə ərazisi üçün temperatur artmasının orta qiyməti planet üzrə orta qiymətə (0,9) yaxındır. Bu artmalar ərazi boyunca bərabər (0,2 –dən 1,50С-yə) paylanmayıb. Buna səbəb isə Azərbaycanın dağlıq ölkəsi olması, nisbətən kiçik ərazidə oroqrafiyanın -28,0-dan 4466 metrə qədər dəyişməsi, ölkə ərazisində müxtəlif iqlim zonalarının olmasıdır.
Direktor əlavə edib ki, bütün muşahidə dövründə temperatur ən çox Kür-Araz düzənliyində (0,4-0,9 dərəcə С), Qazax-Gəncə zonasında (0,6-1,1 dərəcə С), Böyük Qafqazın cənub yamacında (0,5-0,8 dərəcə С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 dərəcə С) və şimal (0,4-0,6 dərəcə С) yamaclarında müşahidə olunub.
R.Məmmədov Azərbaycanda maksimal temperaturun Culfada (+46 C), minimal temparaturun dağlıq ərazilərdə (-40 dərəcə С) olduğunu söyləyib.
Akademikin sözlərinə görə, ilin ən soyuq aylarında Naxçıvan MR-ı istisna olmaqla digər ərazilərdə temperaturun yüksəlməsi qeydə alınır. Bununla yanaşı, temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi azalıb.
R.Məmmədov qeyd edib ki, iqlimşünasların fikrinə görə, dövlətlər tədbir görməsə, 2100-cü ilə planetin temperaturu 3.7-4,8 dərəcə C qalxa bilər. Hava 2 dərəcə C qızdıqda ətraf mühit üçün dönməz proseslər başlayır. Bunun nəticəsində iqlim zolaqları sürüşəcək, havanın dəyişməsi daha kəskin olacaq, quraqlıq və daşqın kimi anomal hadisələrin gücü və tezliyi artacaq. Temperatur və rütubət artdığından bəzi ölkələrin ərazisi yaşamaq üçün əlverişli olmayacaq:
“Bir qrup ABŞ alimlərinin tədqiqatına görə, risk qrupuna Qətər, Səudiyyə Ərəbistanı, Bahreyn, Birləşmiş Ərəb Əmirliyi və Yaxın Şərqin digər dövlətləri daxildir. İstixana qazının müasir surətlə atmosferə atılması davam etsə, havanın temperaturau Fars körfəzi ölkələrində 74-76 dərəcə C ola bilər”.
Akademik əlavə edib ki, bəzi nəticələr görə, yaz və payız fəsilləri anlayışı tədricən öz mahiyyətini itirəcək. Rus alimlərinin gəldiyi nəticəyə görə, artıq ölkənin orta zolağında qış dövrü qısalıb:
“İqlimin ümumiyyətlə istiləşmədiyini təkid edənlər də var. Bəziləriin fikirincə isə istiləşmə var, ancaq bu atmosferdə karbon qazının miqdarının artması ilə əlaqədar deyil, bu, təbii prosesdir, biz sadəcə olaraq buzlaqlar arası dövrdə yaşayırıq. Əldə olunan məlumatlara görə, son 450 min ildə istiləşmə və soyuqlaşma epoxaları qanunauyğun şəkildə bir-birini əvəz edib. Bizim yaşadığımız dövrdə təzəcə başlamış sikldə (geoloqlar onu holosen adlandırır) daxil olmaqla, bu dövrdə 6 iqlim sikli baş verib”.
00:06 / 12 May 2026
1
23:58 / 11 May 2026
97
23:54 / 11 May 2026
153
23:45 / 11 May 2026
156
23:43 / 11 May 2026
36
23:40 / 11 May 2026
37
23:32 / 11 May 2026
41
23:24 / 11 May 2026
52
23:17 / 11 May 2026
708
23:15 / 11 May 2026
130
23:14 / 11 May 2026
4173
23:11 / 11 May 2026
116
23:10 / 11 May 2026
60
23:06 / 11 May 2026
56
22:59 / 11 May 2026
227
22:59 / 11 May 2026
47
22:44 / 11 May 2026
367
22:43 / 11 May 2026
11760
22:34 / 11 May 2026
226
22:29 / 11 May 2026
222
22:23 / 11 May 2026
489
22:17 / 11 May 2026
65
21:48 / 11 May 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.