3 gün dayanmadan yağış yağacaq - Bu tarixlərdə
11 May 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1031
07.06.2020, 20:44
Yaxın zamanlarda yenidən təmtəraqlı toy mərasimlərinin keçirilməsini görmək istəyiriksə, o zaman pandemiya ilə bağlı tətbiq edilən qaydalara və tövsiyyələrə ciddi əməl etməliyik.
Bunu "Ölkə.Az"a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, bu gün insanlarımız koronavirus infeksiyasını ilə bağlı tətbiq edilən qaydalara və tövsiyyələri pozaraq, ciddi əməl etmirlər.
"Biz ictimai yerlərdə, avtobus, metrolarda, ticarət obyektlərində xeyli insanın maskasız gəzdiyinin şahidi oluruq. Əgər qaydalara və tövsiyyələrə əməl etməyəcəyiksə, o zaman toy və yas mərasimlərində kütləviliyin təmin edilməsi istiqamətində yumşalmanın yaxın gələcəkdə şahidi ola bilməyəcəyik. Bu fikirlər rayonlararası gediş-gəlişlərə, yay istirahət mərkəzlərində istirahərlərlə bağlı məsələlərə də aiddir. Bu, biz insanlardan asılıdır"- baş infeksionist qeyd edib.
O əlavə edib ki, dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir, maliyyə vəsaiti ayırır, hətta modul tipli müasir xəstəxanalar tikir, lazımi tibbi avadanlıq və ləvazimatları alır və sair: "Qalır insanlarımızn qayda və tövsiyyələrə əməl etməsi. Əgər əməl etsək, qısa zamanda epidemiya aradan qalxar".
Son günlərdə epidemiyaya yoluxma hallarının artmasına gəldikdə baş infeksionist bildirib ki, qaydalara əməl etməsək, epidemiyaya yoluxanların sayı artacaq:
"Epidemiyanın Azərbaycanda iyunun ortalarında pik həddə çatması ilə bağlı səslənən fikirlər də həqiqətə uyğundur. Bu epidemiyanın xarakterindən asılıdır. Koronavirus epidemiyasına yoluxanların sayı arta da bilər, azala da...Bunun səbəbi isə insanların qaydalara əməl etməsindən asılıdır. Çünki insanlarımızın hələ də bir qismi COVİD-19 epidemiyasının olmasına inanmır. Bunlar arasında hətta həkimlər də var. Bir faktı deyim, koronavirus epidemiyasının olmasına inanmayan həkim yoldaşlarımızdan biri bu günlərdə müraciət edib ki, nə edək?! Mən isə cavabımda bildirdim ki, bəs epidemiyanın olmasına inanmırdınız? Hələ də insanlarımızda tərəddüdlər var, xəstəliyin olmasını qəbul etmək istəmirlər. Axı, dünyada COVİD-19-a yoluxanlaırn sayı 6 milyonu keçib, 400 min civarında insan dünyasını dəyişib. Bu xəstəliyi yüngül keçirən də var, ağır keçirib, dünyasını dəyişən də... Odur ki, epidemiyanın xarakteri barədə konkret fikir bildirmək olmur. Çünki epidemiyanın xüsusiyyətləri və patologiyası öyrənilməyib. Ümid edirik ki, havaların istiləşməsi ilə epidemiyaya yoluxma azalacaq. Hesab edirəm ki, havaların istiləşməsi, üstəgəl qaydalara ciddi əməl etməklə, bu bəladan qurtula bilərik. Yoxsa payıza yaxın havalar soyumağa başlayanda yenidən sürətlənə bilər".
23:58 / 11 May 2026
94
23:54 / 11 May 2026
131
23:45 / 11 May 2026
147
23:43 / 11 May 2026
36
23:40 / 11 May 2026
37
23:32 / 11 May 2026
41
23:24 / 11 May 2026
47
23:17 / 11 May 2026
706
23:15 / 11 May 2026
128
23:14 / 11 May 2026
4149
23:11 / 11 May 2026
114
23:10 / 11 May 2026
59
23:06 / 11 May 2026
55
22:59 / 11 May 2026
225
22:59 / 11 May 2026
45
22:44 / 11 May 2026
362
22:43 / 11 May 2026
11734
22:34 / 11 May 2026
221
22:29 / 11 May 2026
220
22:23 / 11 May 2026
481
22:17 / 11 May 2026
65
21:48 / 11 May 2026
72
21:28 / 11 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.