Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
14 Mart 2025, 18:18
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
623
07.06.2020, 09:10
Son vaxtlar koronavirus pandemiyası ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də bu virusun ümumiyyətlə, mövcud olmaması haqda şayiələrdir. Bəzi şəxslər dünyada belə bir xəstəliyin olmadığını, qlobal güclərin hansısa maraqlar naminə bunu uydurduğunu iddia edirlər.
Axar.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən əməkdar jurnalist, politoloq Aynur Camalqızı bu məsələdə ölkəmizdə informasiya siyasətində yol verilmiş yanlışların da rol oynadığını deyib. O, ayrı-ayrı şəxslər tərəfindən virusla bağlı həqiqətlərin gizlədilməsinin pandemiyanın daha da yayılmasına gətirib çıxardığını bildirib:
“Koronavirusdan dünyasını dəyişmiş adam barədə mediada informasiya veririk. Ölkənin bütün hörmətli insanlarını minnətçi salırlar ki, xəbəri silin. Bu nə zehniyyətdir, nə məntiqsizlikdir?! Bu xəstəlikdən ölmək, bu virusa yoluxmaq ayıbdırmı? Bunu gizlətmək daha təhlükəlidir axı. Bütün dünyanın əziyyət çəkdiyi pandemik infeksiyadır. İngiltərənin Baş naziri bu xəstəliyə tutuldu. Dünyanın ən tanınmış insanları yoluxur və çıxıb xəstəliyini bəyan edir ki, özünüzü qoruyun. Bizdə isə “fatmanisə-tükəzban zehniyyəti” ilə gizlədirlər, üstü açılanda əl-ayağa düşüb ört-basdır etməyə çalışırlar. Əksinə, açıqlamaq lazımdır ki, bu virusun mövcudluğuna inanmayıb məsuliyyətsizcə qorunmayanlara, maska taxmadan küçəyə çıxanlara bəlkə siqnal olsun... Dünya iqtisadiyyatı COVİD-19-a görə 4 trilyon dollar ziyana düşüb, bizimkilər deyir, maska satmaq üçün bu xəstəliyi uydurublar. 30 qəpiklik maska ilə nə qədər qazanmaq olar bu boyda itkinin, zərərin qabağında?”
A.Camalqızının sosial şəbəkədə qeyd etdiyi məqamlar reaksiyalar doğurub. Hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, bəzən koronavirusdan sağalan xəstələr evə buraxıldıqdan sonra virusa yoluxmadıqlarını, başqa xəstəlik səbəbindən müalicə aldıqlarını deyirlər:
“Sağalanlar xəstəxanadan çıxandan sonra qohum-qonşulara deyirlər ki, başqa xəstəlik idi, sadəcə, həkimlər belə yazdı ki, pul alsınlar. Beləcə insanlar arasında şayiə yayılır”.
Həmçinin oxuyun
Həkimlər də tez-tez bildirirlər ki, bəzi xəstələr virusa yoluxsalar da, bunu gizlətməyə çalışırlar və həkimə gec müraciət edirlər. Bu isə virusun başqa insanlara keçməsinə və həmin xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Halbuki koronavirusla bağlı bütün məsələləri ictimaiyyətə açıqlamaqla həm xəstəliyin nə qədər təhlükəli olduğunu göstərmək, həm də virusun daha da yayılmasının qarşısını almaq mümkündür.
Müzakirələrdə əsas məqamlardan biri də koronavirus pandemiyası ilə bağlı qanun qəbulu təklifidir. A.Camalqızı qeyd edib ki, bir insanın icazəsi olmadan şəxsi məlumatlarının ictimailəşməsi barədə qanunvericilik koronavirus xəstələrinə şamil edilməməlidir:
“Koronavirus utanmalı bir xəstəlik deyil, dünyanın bəlasına çevrilib və şəxsi məlumat olmaqdan çıxıb. Əksinə, koronavirus xəstələrinin adı da, yaşadığı ünvanı da açıqlanmalıdır ki, insanlar daha tədbirli olsunlar. Bu, gizlədikdə isə xəstə yanına gedənlər də yoluxa bilər. Ona görə bununla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir”.
Bu fikirlərin davamı olaraq qeyd edək ki, koronavirusun bu qədər sürətlə yayılmasının əsas səbəbi Çinin dünyanı bu xəstəliklə bağlı vaxtında məlumatlandırmamasıdır. Dünyanın bir çox ölkəsi Çini koronavirusu gizlətməkdə, dünya ictimaiyyətinə gec məlumat verməkdə ittiham edir və rəsmi Pekini külli miqdarda təzminat ödəməyə məhkum etmək istəyir. Yəni dünya ölkələri də koronavirusa yoluxmuş şəxslərlə bağlı məlumatın gizlədilməsinin böyük fəsadlara yol açdığını qeyd edirlər.
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
1
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
9
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
39
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
40
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
838
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
73
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
51
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
59
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
65
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
64
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
73
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
82
19:18 / 14 Mart 2025
Süd istehsal edən qadın — VİDEO
166
18:53 / 14 Mart 2025
NATO üzv ölkələrin hərbi potensialını artırmaq niyyətindədir
67
18:47 / 14 Mart 2025
Qadının ağciyərindən tikiş iynəsi çıxarıldı
75
18:25 / 14 Mart 2025
Bakıda 1 milyonluq narkotiklə tutulan şəxs kimdir? — FOTO+VİDEO
478
18:20 / 14 Mart 2025
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
98
18:18 / 14 Mart 2025
Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
82
18:11 / 14 Mart 2025
Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan ordusu baş qərargah rəisindən aldığını bildirib
93
17:59 / 14 Mart 2025
Trampın nümayəndəsi Putinlə nə danışıb?
88
17:57 / 14 Mart 2025
Paşinyan bu tarixdə Rusiyaya gedir
92
17:54 / 14 Mart 2025
Sülh müqaviləsi nə zaman olacaq? - Politoloq şərh edir
120
17:46 / 14 Mart 2025
Tramp Putinlə danışıqlar apardığını bildirib
89
17:27 / 14 Mart 2025
Qrenlandiya Amerika olmağa tələsmir
142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.