Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
514
30.05.2020, 21:05
Oxu24.com oxucularına növbəti maraqlı resepti təqdim edir.
İstəkli yemək və yeməkbişirmə həvəskarları, ümumtürk mətbəxinin vazkeçilməz xörəklərindən biri plovdur. Sulu yeməklər və ya qızartmaların yanında tez-tez rast gələ bilərsiniz ona.
Düyü, yarma (bulqur) və ya makaron-vermişel növləriylə bişirilən, ədviyyat, ət, paxla və ya tərəvəzli yavanlığı olan plov Osmanlı mətbəxinin şah yeməklərindən biri olub. Belə ki, Osmanlı sarayında yalnız plov bişirən və "plovçu" adlanan aşbaz olurdu. Bu aşbazlar plovu növlərinə ayırmaq üçün fərqli düyü və yarmadan istifadə edirdilər. XVI əsrdə Osmanlı sarayında ət, kələm, meyvə, sarımsaq, kişmiş və bibər qarışıq plov bişirilib, saya plovların isə üzərinə ləbləbi və qovrulmuş quru meyvələr tökülüb. Bu gün biz sizə "Türkiyə mətbəxi" silsiləsindən badımcanlı plov (patlıcanlı pilav) təqdim edirik.
Badımcanlı plovu bişirmək üçün Türkiyədə "baldo pirinç" adlanan düyüdən istifadə olunur. Miladdan əvvəl 400-cü illərdə Asiyada istehsal edilən bu düyü Böyük İsgəndərin əsgərləri tərəfindən Qərbi Asiya və Yunanistana aparılıb, buradan isə bütün dünyaya yayılıb. Bu, elə azərbaycanlıların əsasən istifadə etdiyi düyü növüdür.
Beləliklə, badımcanlı plovu bişirmək üçün bizə nələr lazımdır?
1 stəkan yarım (baldo) düyü,
2-3 ədəd badımcan,
2 ədəd soğan,
1 ədəd pomidor,
1 stəkan zeytun yağı,
2 stəkan su,
2 çay qaşığı duz,
1 çay qaşığı qara bibər,
2 çay qaşığı şəkər tozu,
1 çay qaşığı zərdəçal (yenibahar - Pimenta racemosa)
1 çay qaşığı nanə,
1 çay qaşığı darçın.
Sıra gəldi badımcanlı plovu bişirməyə. Düyünü bir qaba tökün, üzərini örtəcək qədər isti su və duz əlavə edib 30 dəqiqə saxlayın. Sonra soyuq suda bir neçə dəfə yuyun və süzün.
Bu arada badımcanları sapından aşağıya doğru xəttli olaraq soyun və kiçik küplər halında doğrayın. Qızardarkən yağ çəkməsin deyə yarım saat duzlu suda saxlayın. Sudan çıxardıqdan sonra yaxşıca yuyub qurulayın, stəkanın 3-də 2-si qədər zeytun yağında qızardın. Qalan 1/3-də bir zeytun yağını isə bir qazana tökün, istiləşsin, sonra doğranmış soğanı əlavə edib yumşalana qədər qovurun. Doğranmış pomidoru pörtmüş soğanın üzərinə töküb qovurmağa davam edin. 2 stəkan su, duz, şəkər tozu, qara bibər, zərdəçal, nanə və darçını əlavə edin. Su qaynayınca düyünü əlavə edin, bir dəfə qarışdırın. Üzərinə badımcanları düzün, qazanın qapağını bağlayıb əvvəl çox, su qaynadıqdan sonra isə kiçik od üzərində düyü suyu çəkənə qədər bişirin. Qazanı kənara qoyandan sonra qapağı bağlı şəkildə 15-20 dəqiqə dinləndirin. Daha sonra taxta qaşıqla plovu xırmanlayıb ilıq şəkildə masaya gətirin və yeyin. Nuş olsun.
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.