Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31581
az

Eyyub Hüseynov çiyələk plantasiyalarında gördüyü dəhşətli faktı paylaşdı (FOTO)

21:4019 May, 2020
711
CƏMİYYƏT
  • A

"O tərəf-bu tərəf çevirib, bəh-bəhlə yediyiniz bu çiyələklər hər gün ömrünüzü qısaldır”.

Bu sözləri Qaynarinfo-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədr bu il bir neçə çiyələk plantasiyalsnda olduğunu, çiyələklərin necə və hansı üsullarla yetişdirilməsinin şahidi olduğunu bildirib:
"Onun yetişdirilməsində nə qədər dərman ləvazimatlarından istifadə olunur! Sanki sahəyə deyil, aptekə girmişdim. Bu dərmanlardan tək çiyələklərin deyil, pomidorların da yetişdiriməsində istifadə olunur. Vəziyyət çox pisdir. Xaricdən çiyələk toxumları gətirilir. Azərbaycanda genetik məhsulları yoxlayan laboratoriyalar var, hamısı partizan kimi susub, heç birinin səsi çıxmır”.

Sədr qeyd edib ki, Azad istehlakçılar Birliyi həmişə yerli mallara üstünlük verir:

"Biz həmişə yerli mallara üstünlük veririk, lakin yerli məhsullar bu qədər kimyalaşırsa, deməli, ekoloji cəhətdən təmiz kənd məhsullarına keçməyin vaxtı çatıb. 10 il bundan öncə bununla bağlı qanun qəbul olunub. Azərbaycanda dərmansız məhsul yetişdirən fermerler çoxdur. Dövlət bütün yardımlarını fermerlərə yönəltməidir ki, onlar ekoloji cəhətdən təmiz məhsul yetişdirsin. Bu gün süni gübrələrdən əl çəkilməlidir və böyük marketlərdə orqanik meyvə-tərəvəzə xüsusi yer ayrılmalıdır. Baha qiymətə olsa da, keyfiyyətli, orqanik olsun”.

Sədr bildirib ki, hələ ki, çiyələk yemək məsləhət deyil:

"Hazırda bazarda 10-na qədər çiyələk növü var. Hansı balaca və yumşaqdırsa onu almaq lazımdır. Qədim yerli sotlara üstünlük verilməlidir. Amma böyük və bıçaqla kəsilən çiyələklərdə ziyanlı nə desən var. Bu çiyələklər insan orqanizmini məhv edir, ömrünü qısaldır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş