Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31107
az

Mikayıl Cabbarova müavin təyin edilmiş YAXIN QOHUMU KİMDİR? - DOSYE/FOTO

22:0213 May, 2020
797
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin olunub.

AzSABAH.COM yeni nazir müavini təyin olunan Əliyev Elnur Aydın oğlunun dosyesini təqdim edir.

36 yaşlı Elnur Əliyev Mikayıl Cabbarova elə də yad sima deyil. Belə ki, onlar daha öncə də eyni qurumlarda birgə çalışıblar.

Məlumata görə, Elnur Əliyev vaxtı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi kimi fəaliyyət göstərib. M.Cabbarov Təhsil naziri ikən Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

Bakı Dövlət Universitetinin məzunu olan E.Əliyev Vergilər Nazirliyində də Mikayıl Cabbarovla birgə çalışıb. 2017-ci ildə M.Cabbarov Vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Elnur Əliyev ixtisasca hüquqşunasdır. BDU-nun hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıtıb.

Xatırladaq ki, dövrü mətbuatda yayılan xəbərlərdə Elnur Əliyevin Mikayıl Cabbarovun yaxın qohumu (xalası oğlu) olduğu bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş