Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2990
az

“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz” – Psixoloqdan efirdə qalmaqallı sözlər

17:1618 İyun, 2018
6220
CƏMİYYƏT
  • A
“Space” telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan “Onda başladıq” verilişində psixoloq Könül Cəfərova gözlənilməz fikirlər səsləndirib.

Hüquqşünas Türkel Süleymanlının Milli Qəhrəman Mübariz İbrahimovla 20 yanvar hadisələrində şəhid olmuş İlham və Fərizəni müqayisə etməsi psixoloq tərəfindən etirazla qarşılanıb:

“İlham və Fərizə əsl Leyli və Məcnundur. Biz Mübariz İbrahimovu və İlhamla Fərizəni real qəhrəmanlarımız kimi təbliğ edə bilərik. Fərizə Şəhidlər Xiyabanında güllə dəymədən ölən yeganə şəhidimizdir”.

Hüquqşünasın bu fikirlərinə qarşılıq verən psixoloq Fərizəni şəhid saymadığını söyləyib:

“Özünə qəsd etmək şəhidlik zirvəsi demək deyil ki. İnsan sevgisini içidə qoruyub saxlayaraq da yaşaya bilər. Mübariz İbrahimovla İlham və Fərizə başqa mövzulardır. Biz nəyi təbliğ edirik. Kiminsə həyat yoldaşı şəhid olursa, o da intihar etməli deyil ki”.

Verilişin aparcısı Kamran Həsənli isə Fərizəni sevgi şəhidi adlandırıb:

“Onun həm vətəninə, həm də həyat yoldaşına böyük sevgisi olub”
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası
Razyana çayının faydaları
Mehriban Əliyevadan Yeni illə bağlı paylaşım - Foto

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
İşdən çıxmasını istəyən ərini      həbs     etdirdi