Qaynar xətt:

(+99450) 247 90 86

Sabah hava necə olacaq? - PROQNOZ

CƏMİYYƏT

2000

09.06.2018, 19:50

\"\" İyunun 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və yağmursuz hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xeberle.com-a verilən məlumata görə, samal şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə  16-18° isti, gündüz  24-28° isti,Bakıda  gecə  16-18° isti, gündüz  24-26° isti olacağı gözlənilir. Nisbi rütubət  gecə 70-80%, gündüz 45-50 % olacaq. Abşeron çimərliklərində gözlənilən  hava şəraiti Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək. Cənub çimərliklərində - Türkan,  Hövsan, Sahil, Şıxda şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  21-22° isti təşkil edəcək. Azərbaycanın rayonlarında gəldikdə isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  27-32°  isti, dağlarda gecə 6-11° isti,  gündüz  12-17° isti təşkil edəcək.