Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2730
az

AZƏRBAYCANDA ZƏLZƏLƏ TƏHLÜKƏSİ... - AZ ÖNCƏ AÇIQLANDI

10:5709 İyun, 2018
2283
CƏMİYYƏT
  • A
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Zaqatala ərazisində zəlzələnin baş vermə səbəblərinə dair tədqiqatları davam etdirir.

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.Onun sözlərinə görə, gələn həftə ərzində aparılan tədqiqatların nəticələri ictimaiyyətə təqdim ediləcək:
“Zəlzələ barədə insanlara ilkin məlumat ərazidə qeydə alınan siqnallar əsasında verilir.
Hazırda isə əməkdaşlarımız Zaqatalada yer səthinin üstündə zəlzələnin hansı fəsadlar yaratdığını və yerdə onun hiss olunma dərəcəsi ilə bağlı araşdırma aparırlar.
Eyni zamanda geofizika və maqnit sahəsinin ölçüləri aparılır. Zaqatala ərazisində baş verən zəlzələdən sonra  bir sutka ərzində 100 afterşok qeydə alınıb.
Ötən gün ərzində isə iki afterşok baş verib. Afterşokun olması müsbət haldır. Çünki onlar baş verdikcə, zəlzələ ocaqları azalır. Ehtimal ki, afterşokların olması davam edəcək”.
Vüsalə Rafiqqızı qeyd edib ki, Azərbaycan seysmik baxımından aktiv zonada yerləşir:
“Respublika üzrə Xəzər Dənizi hövzəsi, Şəki, Zaqatala, Gəncə, Daşkəsən və Cənubda Talış dağlıq hissədə zəlzələnin baş verməsində aktivlik var. Bu o demək deyil ki, həmin ərazilərdə yaşayan insanlarda qorxu yaşasın ki, yaşadığı ərazidə zəlzələ ola bilər.
Sadəcə olaraq bölgəmiz aktivdir və insanlar bunu bilməlidir”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Razyana çayının faydaları
Mehriban Əliyevadan Yeni illə bağlı paylaşım - Foto
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Sumqayıtda kişi küçədə     ölü      tapıldı