Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2723
az

Zukerberq və “WhatsApp” yaradıcıları nəyin üstündə mübahisə ediblər? - AÇIQLANDI

10:0509 İyun, 2018
1597
CƏMİYYƏT
  • A
"WhatsApp"ın yaradıcıları Yan Kum və Brayan Akton son illər messencerin inkişafının biznes modelinin necə olması mövzusunda "Facebook"un qurucusu və rəhbəri Mark Zukerberq və şirkətin əməliyyat direktoru Şeril Sandberq ilə mübahisə ediblər.

OXU24.COM lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Mübahisə istifadəçilərin şəxsi məlumatlarının istifadəsi ilə bağlı olub. Zukerberq və Sandberq reklam modelinin tərəfdarı olublar və istifadəçilərin informasiya mübadiləsindən yararlanaraq onlara ünvanlı reklamların göstərilməsini istəyiblər. Kum və Akton isə bu cür gəlir qazanmaq metoduna nifrətlə yanaşaraq gizliliyin qorunmasının qatı tərəfdarı kimi çıxış ediblər. Məlumatlı mənbə tərəflərin münasibətlərinin "passiv-aqressiv" kimi qiymətləndirib. Zaman keçdikcə hər iki tərəf öz opponentlərinin yanaşmalarından daha çox məyus olub, nəticədə B. Akton 2017-ci ilin sentyabrında, Y. Kum isə 2018-ci ilin mayında istefaya gedib.

Xatırladaq ki, "Facebook İnc." "WhatsApp"ı 2014-cü ildə 22 milyard dollara əldə edib.  Bu, sosial şəbəkənin ən bahalı yatırımıdır. Məsələn, müqayisə üçün deyək ki, "Facebook" "Instagram"ı 736 milyon dollara, virtual reallıq eynəkləri hazırlayan "Oculus VR" şirkətini isə 2,30 milyard dollara satın alıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həkim uşaqların soyuqdəyməsindən danışdı: "Əslində, soyuq hava xəstələndirmir"
Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi