Bakıda binada yanğın - ÖLƏN VAR
29 Aprel 2026, 00:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
590
10.03.2020, 16:03
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ Qərargahdan Oxu24.com-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib: "Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. Bununla əlaqədar bildiririk ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir.
Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.
REKLAM
Həmçinin oxuyun
Читать дальше
Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.
Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq".
00:43 / 29 Aprel 2026
8
23:49 / 28 Aprel 2026
19
23:42 / 28 Aprel 2026
37
23:38 / 28 Aprel 2026
46
23:26 / 28 Aprel 2026
118
22:48 / 28 Aprel 2026
59
22:46 / 28 Aprel 2026
93
22:28 / 28 Aprel 2026
133
21:58 / 28 Aprel 2026
58
21:40 / 28 Aprel 2026
74
21:29 / 28 Aprel 2026
93
21:18 / 28 Aprel 2026
70
21:04 / 28 Aprel 2026
93
20:50 / 28 Aprel 2026
92
20:39 / 28 Aprel 2026
99
20:19 / 28 Aprel 2026
83
20:11 / 28 Aprel 2026
144
20:10 / 28 Aprel 2026
77
20:06 / 28 Aprel 2026
60
19:59 / 28 Aprel 2026
77
19:58 / 28 Aprel 2026
79
19:57 / 28 Aprel 2026
66
19:56 / 28 Aprel 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.