Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25541
az

Nazirlər Kabineti bu yanacağı gömrük rüsumundan azad etdi

17:2302 Mart, 2020
776
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə və "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.


Oxu24.com   "report”a istinadla xəbər verir ki, Nazirlər Kabineti bu qərarları "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verib.

Aksiz dərəcələri ilə bağlı dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texnoloji məqsədlər üçün kerosinin 1 tonu 80 manatdan 1 manata endirilib.

Reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonu 80 manat məbləğində qalıb.

Gömrük rüsumlarının dərəcələri ilə bağlı dəyişikliyə görə isə reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elgiz müğənnini BİABIR ETDİ: “Türklər ona baxıb dedilər ki, başı işləmir”
Sertifikatlaşdırma ilə bağlı 6 komissiya yaradıldı
Məktəb direktoru qəfil öldü - FOTO

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi