Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2534
az

Müəllimlərin yerdəyişməsinə başlanılır

17:0902 İyun, 2018
900
CƏMİYYƏT
  • A
4-11 iyun tarixlərində http://miq.edu.az/ saytında iş yerini dəyişmək istəyən müəllimlər üçün onlayn qeydiyyata start verilir.

Bu barədə "OXU24.COM-a Təhsil Nazirliyindən məlumat verilib.

Qaydalara əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

Namizədlər şəxsiyyət vəsiqəsinin fin kodu ilə qeydiyyatdan keçdikdən sonra onlara sistem tərəfindən müvafiq iş nömrəsi və parol təqdim olunur. Şəxsi səhifəyə daxil olan hər bir namizəd ilk olaraq hazırda işlədiyi ümumi təhsil müəssisəsinin adını, tədris etdiyi fənni, bölməsini qeyd etdikdən sonra onun diaqnostik qiymətləndirmədə və ya müəllimlərin işə qəbulu müsabiqəsində topladığı ballar sistem tərəfindən görünəcək. Əgər namizəd işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişdirsə, müsabiqəyə qatılmaq istədiyi balı seçməlidir.

Daha sonra iş yerini dəyişmək istəyən müəllim şəxsi, təhsil və digər zəruri məlumatları daxil edir. Digər məlumatlar bölməsində namizəd iş yerini dəyişməsinin səbəbini, müvafiq sosial amilləri qeyd etməli və təsdiqedici sənədləri yükləməlidir.

Son olaraq namizəd vakansiya seçimi bölməsinə daxil olub, istəyi üzrə vakant yer seçimini etməlidir. Namizədlər elektron ərizələrində yerdəyişmə istədikləri 4 vakant yeri göstərə biləcəklər.

Yuxarıda qeyd olunan qaydalara uyğun olaraq, müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurularaq hesablanır. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 artım əmsalına vurularaq hesablanmalıdır.

Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcək. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul olunacaq.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Evlənmə təklifi alacağınız həmin o RESEPT
Musiqi iş yerində məhsuldarlığı artırır -Alimlərdən yeni TƏDQİQAT

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var