Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2522
az

Nazir oğlu təhsilə belə "töhfə" verir... - dodaq uçuqladan qiymətlər

12:1502 İyun, 2018
1120
CƏMİYYƏT
  • A
 Bu günlərdə mediada varlıların və məmur balalarının təhsil aldıqları məktəblərin adlarını açıqlayıb. Siyahıdakı məktəblərdə təhsil haqlarının məbləği fantastikdir.

OXU24.com AzEuroNews.com-a istinadən xəbər verir ki, onların arasında ən çox diqqət çəkən Bakı Avropa məktəbidir. Burada qiymətlər dodaq uçurdacaq səviyyədədir.

Belə ki, 1-4-cü siniflər üçün 9800 manat, 5 – 9-cu siniflərə 12 000 manatdır. 10-11-ci siniflər üçün 14 000 manat nəzərdə tutulub.

Bu məktəbin təsisçisi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Nazir oğlu 2011-ci ildə Bakıda özəl Avropa Azərbaycan Məktəbinin əsasını qoyub T.Heydərov məktəbin Himayədarlar Şurasının Prezidentidir. Məktəbdə guya aztəminatlı ailələlərin övladları üçün güzəştlər tətbiq edilir.

Ancaq heç bir güzəştdən söhbət gedə bilməz. Çünki bu məktəbdə aztəminatlı ailənin övladları təhsil almırlar. Nazir Kəmaləddin Heydərov Bakıda Avropa Azərbaycan Məktəbinin açlışında çıxış edir (arxiv)

Qeyd edək ki, “The International School of Azerbaijan” məktəbində isə təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidir.

1-ci sinifdən 9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı isə təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır.

“Bakı Türk Liseyi”ndə illik ödəniş 8000 manat, “Dədə Qorqud” liseyində isə 5550 manatdır.

Paytaxtda türk liseyləri arasında qiymətinə görə, ən münasibi “Atatürk liseyi”dir ki, onun da illik təhsil haqqı 1500 manatdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi