"Bakıda və Abşeron yarımadasında may ayında havanın sərin keçməsi bu ay üçün o qədər səciyyəvi deyil".
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
Sektor müdirinin sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu çoxillik iqlim normasından 3 dərəcəyə qədər aşağı olub:
"Ümumiyyətlə, son illər üçün bu, o qədər də səciyyəvi bir temperatur göstəricisi deyil. Çünki son 10-15 il ərzində may ayında anomal isti üstünlük təşkil edib".
U.Tağıyeva hazırda qeydə alınan aşağı temperaturun may ayı üçün rekord göstərici olmadığını da açıqlayıb.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında mayın 28-də gecə 13-15, gündüz 24-27, bu gün isə gecə 14-16, gündüz 19-23 dərəcə isti qeydə alınıb. Oxu24.com
ŞƏRHLƏR