Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2340
az

19 yaşlı azərbaycanlı cinsiyyətini dəyişdi: "Yanıma gələn kişilər deyir ki, qadınlardan bezmişik" +

12:3429 May, 2018
1522
CƏMİYYƏT
  • A
 
Azərbaycanlı 19 yaşlı gənc cinsiyyətini əməliyyat yolu ilə dəyişib. Türkiyədə əməliyyat olunan və pasportunu dəyişərək ad, soyadını Nihal Əliyeva adlı şəxs AZXEBER.COM-a geniş müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:
 
- İlk olaraq oxucularımıza özün haqda məlumat verərdin..
 - Mən Nihal, 19 yaşım var. Naxçıvanın Babək rayonunda doğulmuşam. Uşaq yaşlarımdan hamı məndən üz döndərib, heç kimim yoxdur.
 
- Özünü neçə yaşından qız kimi hiss edirsən?
- Mənim 14 yaşım olanda kənddə təcavüz ediblər. İlk dəfə həmin gün kişilərlə əlaqəyə girmişəm, daha sonra bu xoşuma gəlib və mütəmadi olaraq öz istəyimlə əlaqəyə girmişəm. Mən bu işdən həzz alıram və heç kim məni buna məcbur etmir. 17 yaşımda isə Türkiyəyə getdim və orada yaşadım.
 
- Ailən sənin mavi olduğunu biləndən sonra nə etdi?
- Bunu bilənədən sonra bütün qohumlarım, ailəm, yaxınlarım məndən üz döndərdi. Hamısı məni cəmiyyətdən təcrid etdi. Məcbur qalıb, Naxçıvandan qaçdım, gəlib Bakıda tək yaşamağa başladım.

- Hər halda ailənlə əlaqən olmamış deyil...
- Bütün ailəmi silmişəm, sadəcə 18 yaşlı bacımla danışıram, çünki o mənimlə insan kimi davranırdı, ona maddi dəstək də göndərirəm. anam da məndən pul istəyir...

- Anan pula görə səninlə barışmaq istəyir?
- Bəli, anam bilir ki, pulum var, məni belə də qəbul etməyə hazırdır. Ancaq mən o adamı həyatımdan silmişəm, onu heç vaxt bağışlamayacam. O doğduğu uşağa sahib çıxmadı, məndən imtina etdi. O vaxt məni həkimə aparsaydı, bəlkə də hər şey fərqli olardı.
 
- İndiysə gələk əsas məsələyə. Cinsiyyətini necə oldu ki, dəyişdin?
- Mən ilk olaraq onu deyim ki, mən trans deyiləm. Tamamilə qadınam. Türkiyədə bu əməliyyat mümkündür və mən bunu etmişəm. Yəni bədənim tam qadındakı kimidir. Azərbaycanda bunu edən ilk şəxs mənəm və bununla qürur duyuram.
 
- Cinsiyyətini dəyişəndən sonra kişilərlə pul qarşılığına görüşürsən yoxsa öz istəyinlə?
- Bəli, indi də pul qarşılığında görüşürəm. Belə də ki, inan mənim səmimiyyətimə ki, elə pullu kişilər var ki, məndən ötrü ölürlər, əgər mənə inanmırsansa, sübut də edə bilərəm.  Bilirlər də onlar hər şeyi. Yəni bəziləri də var ki, sadəcə pul verirlər ki, mənim bədənimə baxsınlar. Amma belə sevdiyim insan da var.
 
- Səncə pullu kişilər nəyə görə sənə meyl edir ki? Əgər dediyin kimi pulludularsa, onlar istədikləri gözəl qadınlarla da əlaqə qura bilərlər...
- Hə, sən dediyin sualı mən də onlardan soruşmuşam. Deyirlər ki, qadınlardan bezmişik. Amma məni səmimi görürlər, bir də onlar fərqlilik axtarırlar.

- Puldan söz düşmüşkən, bu əməliyyat çox bahadır, bu qədər pulu necə qazanmısan?
- Bəli, çox bahadır. Toplam 30 min dollar pul xərcləmişəm. Mən bir neçə Türkiyədə gey kimi çalışdım, orada eskort idim, bu pulu 1 ilə yığdım. Heç də peşman deyiləm. Özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm.
 
- Türkiyədə səni necə qəbul edirlər?
- Ora çox müasir ölkədir, hər şeyi normal qəbul edirdilər. Mən daha azad yaşamaq üçün, yaxın zamanlarda ABŞ-a köçəcəm.

- Son sualımız, nə vaxtsa, ailə qurmağı, övlad sahibi olmağı düşünmüsən?
- Bu  haqda heç düşünməmişəm.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlkin Süleymanovun məhkəməsi: Bəraət verildi?
XƏBƏRDARLIQ! Bu ərazilərdə daşqın gözlənilir
Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi