Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21876
az

Bu rayonlardan Bakıya gələn maşınlar yollarda qaldı

22:3302 Yanvar, 2020
771
  • A

Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

Oxu24.com-un Trend-ə istinadən məlumatına görə, Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ölkədə yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Piylənmən qan damarlarını görün necə MƏHV EDİR
İmtahanda ən yüksək balı onlar topladı
Daxili işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi

Marsda donmuş su aşkar edildi-FOTO

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
14 il direktor işləyən qadın 995 min manat mənimsəyib