Bu rayonlarda yaşayanlara küləklə bağlı XƏBƏRDARLIQ
21 Noyabr 2026, 16:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1397
24.12.2019, 13:29
Dekabrın 25-də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində qalan 248 mənzilin satışı həyata keçiriləcək.
MİDA-dan Oxu24.com-a verilən məlumata görə, Agentlik fəaliyyətə başladığı ilk gündən ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, güzəştli mənzillərlə təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin icrasını davam etdirir.
MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində 16.10.2019 və 18.10.2019-cu il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alqı-satqısı uğurla başa çatdırılıb. Həmin mənzillərdən 17-si 18 oktyabr 2019-cu il tarixində “Güzəştli mənzil” sistemi vasitəsilə gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Ümumilikdə, bu günədək keçirilən 5 satışın nəticəsində 1 385 ailə MİDA-nın ilk layihəsi – Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 247-si birotaqlı, 794-ü ikiotaqlı, 344-ü isə üçotaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib.
Bununla yanaşı, hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə MİDA-nın sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində yerləşən 436 ədəd tam təmirli mənzil ayrılıb. Hazırda həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Günün təklif olunan videosu:
17:08 / 21 Noyabr 2026
1
16:45 / 21 Noyabr 2026
33
16:39 / 21 Noyabr 2026
93
16:26 / 21 Noyabr 2026
156
16:20 / 21 Noyabr 2026
93
16:05 / 21 Noyabr 2026
84
16:00 / 21 Noyabr 2026
111
15:49 / 21 Noyabr 2026
112
15:48 / 21 Noyabr 2026
87
15:36 / 21 Noyabr 2026
120
15:35 / 21 Noyabr 2026
93
15:32 / 21 Noyabr 2026
109
15:30 / 21 Noyabr 2026
222
15:29 / 21 Noyabr 2026
88
14:55 / 21 Noyabr 2026
102
14:50 / 21 Noyabr 2026
122
14:35 / 21 Noyabr 2026
636
14:28 / 21 Noyabr 2026
95
14:20 / 21 Noyabr 2026
116
14:19 / 21 Noyabr 2026
111
14:05 / 21 Noyabr 2026
128
14:00 / 21 Noyabr 2026
141
13:34 / 21 Noyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.