Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
11 Aprel 2026, 10:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
985
24.12.2019, 09:26
Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Seçkilər 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib.
Ölkə üzrə bütün məntəqələr - 118 dairənin 5049 məntəqəsi vaxtında, səhər saat 8-də açılıb. Gün ərzində səsvermənin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 5 dəfə ictimaiyyəti məlumatlandırıb. Günün sonunda ölkə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum olub.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Bildirilib ki, gün ərzində səsvermə prosesini kütləvi informasiya vasitələri ictimaiyyətə çatdırıb. Ümumilikdə bütün məntəqələrdə səsvermə normal keçib, bu və ya digər xoşagəlməz hadisələrlə bağlı əsasən, sosial şəbəkələrdə müəyyən məlumatlar yayılıb. Amma MSK-ya bir müraciət daxil olub. O müraciət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. Çünki məntəqədə baş verən hadisələrlə bağlı müraciət Seçki Məcəlləsinin tələbinə görə, ilkin olaraq müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Əgər iddiaçı dairə seçki komissiyasının qərarından narazı qalarsa, onda MSK-ya müraciət edə bilər. Ona görə biz Seçki Məcəlləsinin tələbinə uyğun olaraq qərarımızı verdik. Onu da qeyd edim ki, gün ərzində MSK-ya rəsmi müraciət daxil olmayıb.
Həmçinin oxuyun
Amma sosial şəbəkələrdə yayılan görüntüləri MSK üzvləri artıq ciddi şəkildə araşdırmağa başlayıblar. MSK sədri qeyd edib ki, ümumilikdə seçkilər sakit şəraitdə keçib, seçicilərin öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb, onlar da bundan lazımi qaydada istifadə ediblər. Yekunda 1606 bələdiyyə üzrə səsvermə baş tutub. Hazırda 4556 məntəqədən məlumatlar MSK-nın bazasına daxil olub. Bu da ölkə üzrə ümumi məntəqələrin 90,24 faizi deməkdir. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır. Bu, ölkə üzrə mövcud bələdiyyələrin 91,84 faizidir. Yəni, deyə bilərik ki, 1375 bələdiyyə üzrə ilkin nəticələrə görə üzvlərin hamısı artıq məlumdur. Bu, ölkə üzrə mövcud olan bələdiyyələrin 85,62 faizidir. İlkin nəticələrə görə, tam formalaşmış bələdiyyələrdə liderlik edən namizədlərin sayı 12 min 930 nəfərdir. Yəni, bu, ümumilikdə seçiləcək 15 min 156 bələdiyyə üzvünün 85,31 faizini təşkil edir.
Gün ərzində MSK-nın 115 - “qaynar xətt”inə 220 müraciət daxil olub. Bunlardan 90-nı seçici siyahısı və məntəqələrin ünvanları ilə bağlı sorğulardır. 130 müraciət isə hüquqi məsələlərlə bağlı və məlumatlandırma xarakterli olub. Məzahir Pənahov deyib ki, səsvermə məntəqələrinin 1000-də, yəni, təxminən 20 faizə yaxınında veb-kameralar quraşdırılmışdır. Bu veb-kameralara gün ərzində 198069 müraciət olub. Bunlardan 130218-i, yəni, 65,7 faizi ölkə daxilindən, 67851-i isə (34,3 faizi) xaricdən olub. Bu, çox diqqətçəkən rəqəmdir. Yəni, bu, seçkilərə kifayət qədər diqqətin olmasının göstəricisidir.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının internet səhifəsindən istifadəçi sayı 282627 nəfər olub. Bu da ictimaiyyətin seçkilərə marağının göstəricisidir.
13:04 / 11 Aprel 2026
92
12:43 / 11 Aprel 2026
1555
10:58 / 11 Aprel 2026
73
10:57 / 11 Aprel 2026
72
10:26 / 11 Aprel 2026
64
10:25 / 11 Aprel 2026
83
10:23 / 11 Aprel 2026
71
00:32 / 11 Aprel 2026
258
00:13 / 11 Aprel 2026
166
23:52 / 10 Aprel 2026
252
23:38 / 10 Aprel 2026
131
23:19 / 10 Aprel 2026
138
23:05 / 10 Aprel 2026
217
22:51 / 10 Aprel 2026
304
22:45 / 10 Aprel 2026
211
22:11 / 10 Aprel 2026
140
22:07 / 10 Aprel 2026
284
21:48 / 10 Aprel 2026
203
21:29 / 10 Aprel 2026
769
21:19 / 10 Aprel 2026
219
20:55 / 10 Aprel 2026
358
20:53 / 10 Aprel 2026
169
20:47 / 10 Aprel 2026
920
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.