Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev və Mehriban Əliyeva səs verdi

2019/12/23/1577083755_14748752592484820364_1000x669.jpg

CƏMİYYƏT

676

23.12.2019, 10:47

Dekabrın 23-də müasir müstəqil Azərbaycanın tarixində növbəti bələdiyyə seçkiləri günüdür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.