Hava ilə bağlı XƏBƏRDARLIQ: Bu tarixdə QAR YAĞACAQ
29 Yanvar 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
834
22.12.2019, 19:40
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 18 nəfər imtahana gəlməyib.
İmtahan nəticələri saat 17:02-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:
BA1 altqrupu üzrə – 6 nəfər;
BA2 altqrupu üzrə – 13 nəfər;
BA3 altqrupu üzrə – 38 nəfər;
BA4 altqrupu üzrə – 75 nəfər;
BB1 altqrupu üzrə – 83 nəfər;
BB2 altqrupu üzrə – 118 nəfər;
Həmçinin oxuyun
BB3 altqrupu üzrə – 222 nəfər;
BB4 altqrupu üzrə – 283 nəfər olmaqla, ümumilikdə 838 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün dekabrın 24-dən yanvarın 9-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 24, 25 və 26 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).
00:24 / 29 Yanvar 2026
1
00:12 / 29 Yanvar 2026
40
00:02 / 29 Yanvar 2026
27
23:59 / 28 Yanvar 2026
21
23:49 / 28 Yanvar 2026
32
23:38 / 28 Yanvar 2026
36
23:36 / 28 Yanvar 2026
53
23:33 / 28 Yanvar 2026
38
23:27 / 28 Yanvar 2026
265
23:18 / 28 Yanvar 2026
44
23:08 / 28 Yanvar 2026
52
23:00 / 28 Yanvar 2026
556
22:57 / 28 Yanvar 2026
53
22:53 / 28 Yanvar 2026
59
22:47 / 28 Yanvar 2026
427
22:39 / 28 Yanvar 2026
75
22:27 / 28 Yanvar 2026
73
22:22 / 28 Yanvar 2026
69
22:19 / 28 Yanvar 2026
90
22:16 / 28 Yanvar 2026
45
22:10 / 28 Yanvar 2026
208
22:10 / 28 Yanvar 2026
75
22:00 / 28 Yanvar 2026
48
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.