Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21201
az

İnsanın dəyəri nədir?

19:5320 Dekabr, 2019
855
CƏMİYYƏT
  • A

Bəşərin gözündə insan o varlıqdır ki, yeriyə, danışa və qaça bilir. Quranın nəzərində isə insan - Yer kürəsinin xəlifəsidir. Bu dünyada olan hər şey onun üçündür.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim bəzən insanı mədh edər və tərifləyər, bəzən isə məzəmmət edər. Hər bir halda insanı bütün varlıqlardan üstün hesab edər və onun kamala çatması üçün yollar göstərər.

Quranın nəzərində insanın dəyəri:

1. İnsan - Allahın xəlifəsidir.

"Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam".

Dedilər: "Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki, biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyib və nöqsanlardan) pak bilirik".

Allah buyurdu: "Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm"". ("Bəqərə" 30).

"Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün Yer üzündə Öz canişinləri, yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da Rəbbin tez cəza verəndir və həqiqətən elə O, çox bağışlayan və mehribandır". ("Ənam" 165).

2. İnsanın elmi tutumu böyükdür.

"Sonra onları (bu mənaları) mələklərə göstərərək, buyurdu: "Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin".

Dedilər: "Sən (bütün eyib və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!".

Allah buyurdu: "Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver".

Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: "Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!"". ("Bəqərə" 31-33).

3. İnsan İlahi fitrətə malikdir.

"O zaman sənin Rəbbin Adəm övladlarından - onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: "Mən sizin Rəbbiniz deyiləmmi?" (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: "Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik" dedilər.

(Allah belə etdi ki,) məbada Qiyamət günü "biz bundan (tövhid və rübubiyyətdən) qafil idik" deyəsiniz". ("Əraf" 172).

4. İnsan varlığında maddi ünsürlər olduğu kimi, mələkuti ünsürlər də mövcuddur.

"O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır).

Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi. Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükür edirsiniz". ("Səcdə" 7-9).

5. İnsan hədəfli olaraq xəlq edilmişdir.

"Sonra Rəbbi onu (peyğəmbərliyə) seçdi, ona nəzər yetirdi və (onu dinin əsas və qollarına) hidayət etdi". ("Taha" 122).

6. O, müstəqil və azad bir varlıqdır.

"Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək.

Nəhayət onu eşidən və görən bir varlıq etdik. Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik - istər şükür edən olsun, istərsə də nankor". ("İnsan" 2-3).

7. Onun zatında kəramət və şərafət vardır.

"Həqiqətən, Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik". ("İsra" 70).

8. Onun əxlaqi vicdanı vardır.

"Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!". ("Şəms" 8-9).

9. O, ancaq Allahı yada salan zaman hüzur tapar.

"O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).

10. Yer üzərindəki bütün nemətlər insan üçün xəlq olmuşdur. "Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir". ("Bəqərə" 29).

11. Allah insanı ona görə yaradıbdır ki, ancaq Ona sitayiş etsin.

"Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam". ("Zariyat" 56).

12. Əgər Allahı unudarsa özünü unutmuş olar.

"Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!". ("Həşr" 19).

13. O, bu dünyadan gedən zaman pərdələr kənara çəkilər.

"(Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən)". ("Qaf " 22).

14. İnsan dünya üçün yaşamaz, əslində onun hədəfi daha alidir.

"Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!". ("Tövbə" 72).

Beləliklə, deyə bilərik ki, insan Allah tərəfindən xüsusi hədəf üçün yaradılmış və Yerə göndərilmişdir. Allah Yer kürəsini insan üçün xəlq etmiş və onda olan nemətləri insanın ixtiyarına qoymuşdur. Axı, insan Allahın yer üzərindəki xəlifəsidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

G7 ölkələri də Rusiyanı bu üsulla "VURA BİLƏRLƏR"
COP:Bakıdan əvvəl və sonra — VİDEO
Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı