Qaynar xətt:

(+99450) 247 90 86

İcra başçısının oğlunun toy karvanı haqda AÇIQLAMA

İcra başçısının oğlunun toy karvanı haqda AÇIQLAMA

CƏMİYYƏT

681

20.12.2019, 15:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadənin oğlunun toy karvanı olduğu iddia edilən video paylaşılıb.

 

Həmin xəbərdə bildirilib ki, Mehdi Səlimzadə bu günlərdə oğlunu evləndirib. İcra başçısının oğlunun dəbdəbəli toy karvanının videosu sosial şəbəkələrdə tənqid edilib.

 

Məsələ ilə bağlı rayon İcra Hakimiyyətindən "Yeni Sabah"a bildirilib ki, yaxın keçmişdə M.Səlimzadənin oğlu ailə həyatı qurmayıb:

"İcra başçısının oğlu 2005-ci ildə ailə həyatı qurub. Yayılan məlumat həqiqətəuyğun deyil".