Nazir onunla görüşdü
21 Noyabr 2026, 18:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
504
19.12.2019, 10:37
Bakıda qatı duman müşahidə olunmasının səbəbləri açıqlanıb.
Oxu24.com -un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bir neçə gündür ölkədə dekabr ayı üçün anomal hava şəraiti müşahidə edildiyini və temperatur rejiminin çoxillik normadan 4-5 dərəcə yüksək olduğunu deyib.
O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır: “Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir. Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir. Hazırda müşahidə edilən zəif cənub-şərq küləyi sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”.
U.Tağıyeva bildirib ki, əhali narahat olmasın, müşahidə olunan duman smoq, yəni havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsi deyil.
18:41 / 21 Noyabr 2026
1
18:29 / 21 Noyabr 2026
47
18:19 / 21 Noyabr 2026
55
18:18 / 21 Noyabr 2026
62
17:54 / 21 Noyabr 2026
118
17:43 / 21 Noyabr 2026
928
17:30 / 21 Noyabr 2026
98
17:17 / 21 Noyabr 2026
99
17:16 / 21 Noyabr 2026
139
17:08 / 21 Noyabr 2026
130
16:45 / 21 Noyabr 2026
104
16:39 / 21 Noyabr 2026
129
16:26 / 21 Noyabr 2026
243
16:20 / 21 Noyabr 2026
129
16:05 / 21 Noyabr 2026
109
16:00 / 21 Noyabr 2026
154
15:49 / 21 Noyabr 2026
146
15:48 / 21 Noyabr 2026
111
15:36 / 21 Noyabr 2026
142
15:35 / 21 Noyabr 2026
113
15:32 / 21 Noyabr 2026
133
15:30 / 21 Noyabr 2026
619
15:29 / 21 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.