7 əsas faktor – Həkimlər xəbərdarlıq edir
10 Aprel 2026, 21:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
978
19.12.2019, 09:08
"Pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar”.
oxu24.com xəbər verir ki, bunu Sosial və İqtisadi İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib.
İqtisadçı ekspert bildirib ki, son günlər CESD-ə pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı daha çox suallar ünvanlanır: "Qeyd edək ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur. Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımız yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq”.
Həmçinin oxuyun
Ekspert qeyd edib ki, hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib:
"Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq”.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 5,6 faiz artıb.
21:48 / 10 Aprel 2026
27
21:29 / 10 Aprel 2026
93
21:19 / 10 Aprel 2026
51
20:55 / 10 Aprel 2026
146
20:53 / 10 Aprel 2026
66
20:47 / 10 Aprel 2026
223
20:45 / 10 Aprel 2026
54
20:36 / 10 Aprel 2026
176
20:29 / 10 Aprel 2026
202
20:18 / 10 Aprel 2026
75
20:05 / 10 Aprel 2026
65
19:51 / 10 Aprel 2026
142
19:37 / 10 Aprel 2026
77
19:22 / 10 Aprel 2026
77
19:12 / 10 Aprel 2026
101
18:50 / 10 Aprel 2026
89
18:35 / 10 Aprel 2026
159
18:19 / 10 Aprel 2026
100
18:10 / 10 Aprel 2026
174
17:59 / 10 Aprel 2026
203
17:24 / 10 Aprel 2026
73
17:13 / 10 Aprel 2026
78
17:06 / 10 Aprel 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.