Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş: Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
24 Yanvar 2026, 17:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
556
18.12.2019, 19:50
Süd istehsalı ilə məşğul olan bir çox şirkətlər məhsulun hazırlanmasında saxtakarlığa yol verir.
Oxu24.com xəbər verir ki, bu barədə türkiyəli professor Özer Ergen məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bal, zeytun yağı, kərə yağı, ət və süd məhsulları alarkən diqqətli olmaq lazımdır.
Qida, gigiyena və texnologiya mütəxəssisi Özer Ergün bildirib ki, istehsalda edilən bəzi hiylələr ölüm riskinə səbəb olur:
Həmçinin oxuyun
“Bu gün keyfiyyətli balın çəkisinin qiyməti 50-70 TL-dən (15-20 manat) az ola bilməz. Ancaq bala qlükoza və qarğıdalı siropu əlavə etməklə ucuz məhsul əldə edilir və 15-20 lirəyə satılır. Bala baxanda saxta olub-olmadığını dərhal anlamaq mümkün olmur.
Kərə yağına marqarin və ya ucuz yağlar qatan şirkətlər də var. Zeytun yağına isə daha ucuz günəbaxan, palma və ya kanola yağı əlavə edilir.
Ət maşınından keçirilmiş məhsullara da çox miqdarda yağ və ya piy əlavə edilir. Bu zaman keyfiyyət aşağı düşdüyü üçün qiyməti də endirilir. Süd tez xarab olmasın deyə ona müxtəlif maddələr, hətta yuyucu məhlullar da qatılır.
Holland pendirlərinin istifadə müddəti başa çatana yaxın rəflərdən yığılaraq əridilir. İnək südündən hazırlanan pendirləri qoyun və ya camış pendiri kimi satmağa çalışanlar da var. Vicdanı olmayan bəzi istehsalçılar bunu edirlər”.
17:54 / 24 Yanvar 2026
44
17:44 / 24 Yanvar 2026
24
17:40 / 24 Yanvar 2026
25
17:38 / 24 Yanvar 2026
37
17:28 / 24 Yanvar 2026
33
17:17 / 24 Yanvar 2026
33
17:00 / 24 Yanvar 2026
40
16:28 / 24 Yanvar 2026
51
16:07 / 24 Yanvar 2026
64
16:04 / 24 Yanvar 2026
520
15:17 / 24 Yanvar 2026
629
15:09 / 24 Yanvar 2026
535
15:01 / 24 Yanvar 2026
85
14:50 / 24 Yanvar 2026
58
13:58 / 24 Yanvar 2026
99
13:54 / 24 Yanvar 2026
937
13:35 / 24 Yanvar 2026
24741
13:35 / 24 Yanvar 2026
210
13:08 / 24 Yanvar 2026
308
12:40 / 24 Yanvar 2026
347
12:35 / 24 Yanvar 2026
84
12:33 / 24 Yanvar 2026
187
12:30 / 24 Yanvar 2026
409
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.