Nazir onunla görüşdü
21 Noyabr 2026, 18:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
531
18.12.2019, 15:52
Cəlilabadın İranla həmsərhəd kəndələrində çöl qabanları qanunsuz ovlanır.
Rayon sakinlərinin Publika.az-a göndərdiyi şikayət məktubunda qeyd olunur ki, Fuad adlı işbaz rayonun Yaqublu və Cəfərxanlı kəndləri ərazisində tələ quraraq qanunsuz qaban ovu ilə məşğuldur.
Sakinlər bildirir ki, həmin şəxs şəkildə gördüyünüz tələlərdən bir neçəsini adıçəkilən kəndlərin ərazisində yerləşdirib: "Hazırda qabanların balalama dövrü olduğu üçün onları ovlamaq olmaz. Amma bu şəxs tələyə düşən heyvanları qarnında balaları ola-ola 2 metrlik nizələrlə öldürür, sonra isə onların ətini kolbasa sexlərinə satır. Fuad bir neçə kənd sakini ilə söhbətində qaban "biznesi"ndən 20 gündə 36 min manatlıq gəlir əldə etdiyini bildirib".
Sakinlər Fuad adlı şəxsin cəlilabadlı olmadığı, qaban biznesinə görə müvəqqəti rayonda məskunlaşdığını deyirlər.
Sakinləri narahat edən digər bir məsələ qanunsuz qaban ovu səbəbilə kəndə canavarların, çaqqalların axın etməsidir:
"Tələlər olan kəndlərə qan iyinə canavarlar və digər vəhşi heyvanlar üz tutur. Həmin ərazidə mal-qara tez-tez canavarların, çaqqalların hücumuna məruz qalır. Bununla bağlı rayonun aidiyyəti qurumlarına müraciət etmişik. Bəzi kəndlərdən həmin tələlər yığışdırılsa da, Fuad adlı şəxs barəsində ciddi tədbir görülmür. Onun bu qanunsuz əməllərinin qarşısı alınmayıb".
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova saytımıza bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq, araşdırmanın yekunu və görüləcək tədbir barədə məlumat veriləcək.
Mövzu araşdırılır.



18:41 / 21 Noyabr 2026
60
18:29 / 21 Noyabr 2026
79
18:19 / 21 Noyabr 2026
77
18:18 / 21 Noyabr 2026
85
17:54 / 21 Noyabr 2026
151
17:43 / 21 Noyabr 2026
1147
17:30 / 21 Noyabr 2026
120
17:17 / 21 Noyabr 2026
102
17:16 / 21 Noyabr 2026
140
17:08 / 21 Noyabr 2026
133
16:45 / 21 Noyabr 2026
106
16:39 / 21 Noyabr 2026
133
16:26 / 21 Noyabr 2026
250
16:20 / 21 Noyabr 2026
132
16:05 / 21 Noyabr 2026
111
16:00 / 21 Noyabr 2026
161
15:49 / 21 Noyabr 2026
149
15:48 / 21 Noyabr 2026
114
15:36 / 21 Noyabr 2026
145
15:35 / 21 Noyabr 2026
115
15:32 / 21 Noyabr 2026
138
15:30 / 21 Noyabr 2026
690
15:29 / 21 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.