Azərbaycanda qənnadı məmulatların istehsalı artdı
10 Aprel 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
872
18.12.2019, 15:34
“Xəbər portallarında yazılıb ki, guya Zeynəb Xanlarova Amerikaya köçüb. Yalandır! Zeynəb Xanlarova vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur. O, çox sevdiyi Azərbaycanda, vətənində yaşayır”.
Oxu24.com xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. Məşhur aktrisa bibisinin Amerikaya köçməsi və orada xeyriyyə fondu yaratması barədə yayılan məlumatlara münasibət bildirib:
“Bilərəkdən Zeynəb xanımın adına Milli Məclisdə heç vaxt demədiyi sözləri, təklifləri yazırlar. Yayılan şayiələrə inanmayın! Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş. Zeynəb Xanlarova az danışan, amma hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır.
Həmçinin oxuyun
Zeynəb Xanlarovanın maliyyə imkanları ilə bağlı yayılan xəbərlərə isə yalnız bunu deyə bilərəm ki, Zeynəb Xanlarova Allah tərəfindən verilən əvəzolunmaz səsinin sayəsində qazandığı ruzini yeyir. Və qazandığı bu ruzini isə kimə, hara xərcləyər onun öz şəxsi məsələsidir. Heç kimə aidiyyatı yoxdur. Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın. Zeynəb Xanlarova kimi olan dünya ulduzları öz şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyillər.
Zeynəb Xanlarova Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Heç bir təbliğat xalqın Zeynəb Xanlarovaya qarşı olan sevgisini azalda bilməz”.
20:05 / 10 Aprel 2026
1
19:51 / 10 Aprel 2026
93
19:37 / 10 Aprel 2026
38
19:22 / 10 Aprel 2026
45
19:12 / 10 Aprel 2026
65
18:50 / 10 Aprel 2026
60
18:35 / 10 Aprel 2026
68
18:19 / 10 Aprel 2026
77
18:10 / 10 Aprel 2026
71
17:59 / 10 Aprel 2026
91
17:24 / 10 Aprel 2026
64
17:13 / 10 Aprel 2026
67
17:06 / 10 Aprel 2026
71
16:56 / 10 Aprel 2026
72
16:47 / 10 Aprel 2026
92
16:34 / 10 Aprel 2026
1189
16:31 / 10 Aprel 2026
77
16:27 / 10 Aprel 2026
80
16:24 / 10 Aprel 2026
77
16:12 / 10 Aprel 2026
78
16:01 / 10 Aprel 2026
79
15:50 / 10 Aprel 2026
234
15:40 / 10 Aprel 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.