Ata Abdullayev avtomobil qəzasına düşdü - VİDEO
10 Aprel 2026, 18:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
753
18.12.2019, 12:50
Dekabrın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göndərişi ilə Rusiya Federasiyası DİN-in xüsusi ali təhsil müəssisələrində təhsillərini başa vuraraq ölkəmizə qayıtmış 9 məzuna “polis leytenantı” xüsusi rütbəsi verilməklə ixtisasları üzrə müvafiq vəzifələrə təyin olunmaları ilə əlaqədar əmr imzalayıb.
DİN-in mətbuat xidmətindən Oxu24.com -a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, ölkəmizin, eləcə də Rusiya DİN-in xüsusi ali təhsil müəssisələrinin məzunlarının vəzifələrə yerləşdirilməsi, ümumilikdə, gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir.
Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərimizin və möhtərəm Prezidentimizin qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini gənc zabitlərin nəzərlərinə çatdırıb.
Həmçinin oxuyun
General-polkovnik Vilayət Eyvazov onları ölkəmizin daxili işlər orqanlarında xidmətə başlamaları münasibəti ilə təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, daim polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

18:10 / 10 Aprel 2026
11
17:59 / 10 Aprel 2026
30
17:24 / 10 Aprel 2026
40
17:13 / 10 Aprel 2026
46
17:06 / 10 Aprel 2026
45
16:56 / 10 Aprel 2026
50
16:47 / 10 Aprel 2026
58
16:34 / 10 Aprel 2026
766
16:31 / 10 Aprel 2026
59
16:27 / 10 Aprel 2026
62
16:24 / 10 Aprel 2026
64
16:12 / 10 Aprel 2026
62
16:01 / 10 Aprel 2026
66
15:50 / 10 Aprel 2026
172
15:40 / 10 Aprel 2026
140
15:38 / 10 Aprel 2026
68
15:29 / 10 Aprel 2026
93
15:29 / 10 Aprel 2026
170
15:18 / 10 Aprel 2026
2018
15:03 / 10 Aprel 2026
84
14:52 / 10 Aprel 2026
65
14:36 / 10 Aprel 2026
288
14:35 / 10 Aprel 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.