Qərbi Azərbaycan İcmasının Səbail rayon üzrə nümayəndəsi ictimaiyyətə təqdim olunub
10 Aprel 2026, 16:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1089
17.12.2019, 21:35
Quran - elə bir dənizdir ki, dərinliyini heç kəs təyin edə bilməmişdir. Bu dənizdə üzmək istəyənlər isə gərək tövsiyə olunan yollardan istifadə edərək, bu dənizə daxil olsunlar.
Quranı daha yaxşı başa düşmək üçün nə edək?
1. Təfəkkürə malik olaq. Qurani-Kərim - Allahın təcəllisidir. Xitab etdikləri isə insanlar və cinlərdir. Hər kim Quranı dərk etmək istəyirsə, gərək onun ayələri barəsində təfəkkür etməyi bacarsın. Rəhmətlik İmam (r) bu haqda yazır: "Bu nurani səhifələrdən istifadə etməyə mane olan amillərdən biri də budur ki, ayələr haqqında təfəkkür etmirlər".
2. İmana malik olmaq. Baxmayaraq ki, Quranın geniş süfrəsi hər kəs üçün açıqdır, ancaq ondan o kəslər daha çox istifadə edə bilirlər ki, həqiqi imana malikdirlər. "Biz, Qur'andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır". ("İsra" 82).
Həmçinin oxuyun
3. Təqvaya malik olmaq. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran elə bir İlahi Kitabdır ki, hamını hidayət etmək üçün nazil olmuşdur. O kəslər ki, onun hidayətindən daha çox bəhrələnərlər - İlahi təqvaya malik olan bəndələrdir.
4. Batini təharət. Quranı dərk etmək üçün batini təharət lazımdır. "Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qur'andır. (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir. Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur'anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər". ("Vaqiə" 77-79).
Beləliklə deyə bilərik ki, Quranı dərk etmək üçün xüsusi şəraitlər lazımlıdır ki, bu zaman təfəkkürə, imana, batini təharətə ehtiyac vardır.
16:31 / 10 Aprel 2026
1
16:27 / 10 Aprel 2026
14
16:24 / 10 Aprel 2026
17
16:12 / 10 Aprel 2026
37
16:01 / 10 Aprel 2026
41
15:50 / 10 Aprel 2026
114
15:40 / 10 Aprel 2026
107
15:38 / 10 Aprel 2026
48
15:29 / 10 Aprel 2026
56
15:29 / 10 Aprel 2026
154
15:18 / 10 Aprel 2026
1229
15:03 / 10 Aprel 2026
61
14:52 / 10 Aprel 2026
44
14:36 / 10 Aprel 2026
203
14:35 / 10 Aprel 2026
70
14:26 / 10 Aprel 2026
351
14:24 / 10 Aprel 2026
54
13:58 / 10 Aprel 2026
71
13:54 / 10 Aprel 2026
74
13:41 / 10 Aprel 2026
88
13:35 / 10 Aprel 2026
1046
13:33 / 10 Aprel 2026
475
13:28 / 10 Aprel 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.