Qərbi Azərbaycan İcmasının Səbail rayon üzrə nümayəndəsi ictimaiyyətə təqdim olunub
10 Aprel 2026, 16:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
593
17.12.2019, 21:26
Bağlanan ANS televiziyasının bərpa olunacağı haqqında iddialar ortaya atılıb.
Oxu24.com modern.az-a istinadən xəbər verir ki, ANS ÇM radiosunun tezliyi 102 FM-ə lisenziya verilməsi üçün elan edilmiş müsabiqə başa çatıb. 102 FM-ə görə rəqabət güclü olduğu üçün bu hadisə bir aydır ölkə gündəmini məşğul edib. Belə bir məqamda isə yeni iddialar ortaya atılır. Əksəriyyət düşünür ki, ANS ÇM radiosunun tezliyi keçmiş ANS rəhbərliyinə qaytarılacaq və bununla bərabər ANS telekanalı da bərpa olunacaq.
Bu iddiaların əsaslı olub-olmadığını dəqiqləşdirmək üçün ANS Şirkətlər Qrupu MMC-nin ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədovla əlaqə saxladıq. O, Modern.az-a açıqlamasında iddiaları təkzib etdi:
Həmçinin oxuyun
“Biz hələlik radionun Çingiz Mustafayevin adında saxlanmasına çalışırıq. Milli Televiziya və Radio Şurası bir fəndə əl atıb. Belə ki, qurum elan etdiyi müsabiqədə 102 FM yerinə 102.1 FM-i satmaq qərarına gəlib. Nəyə görə belə ediblər, Allah bilir. Biz istəyirik, 102 FM-i yenidən bərpa edək. Çünki bu yeganə radiodur ki, Milli Qəhrəmanın adını daşıyır. Məgər bizə Milli Qəhrəman lazım deyil? Belə görünür ki, 102 FM heç zaman işləməyəcək.
ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqqında iddialar əsassızdır. Hazırda televiziyanın açılmasından söhbət getmir. Televiziyanı elə günə salıblar ki…”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən, "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılıb.
16:31 / 10 Aprel 2026
1
16:27 / 10 Aprel 2026
14
16:24 / 10 Aprel 2026
17
16:12 / 10 Aprel 2026
37
16:01 / 10 Aprel 2026
41
15:50 / 10 Aprel 2026
114
15:40 / 10 Aprel 2026
107
15:38 / 10 Aprel 2026
48
15:29 / 10 Aprel 2026
56
15:29 / 10 Aprel 2026
154
15:18 / 10 Aprel 2026
1229
15:03 / 10 Aprel 2026
61
14:52 / 10 Aprel 2026
44
14:36 / 10 Aprel 2026
203
14:35 / 10 Aprel 2026
70
14:26 / 10 Aprel 2026
351
14:24 / 10 Aprel 2026
54
13:58 / 10 Aprel 2026
71
13:54 / 10 Aprel 2026
74
13:41 / 10 Aprel 2026
88
13:35 / 10 Aprel 2026
1046
13:33 / 10 Aprel 2026
475
13:28 / 10 Aprel 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.