Qaynar xətt:

(+99450) 247 90 86

Maşınını gömrükdən keçirən şəxsin ürəyi partladı - RƏSMİ

2019/12/17/1576588675_1576587357_untitled-2.jpg

CƏMİYYƏT

537

17.12.2019, 17:16

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.
Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdiyi məlumata görə, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətindən BAKU.WS-ə faktı təsdiqlədilər. Bildirildi ki, hadisə laboratoriyanın qarşısında baş verib. Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib. O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.