Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20823
az

Köhnə maşını olanlara pis xəbər - dövriyyədən çıxarılacaq

02:0016 Dekabr, 2019
462
  • A
Azərbaycanda köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillər dövriyyədən çıxarılacaq. Sfera.az Trend-ə istinadla verdiyi məlumata görə, bununla bağlı məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Dövlət Proqramında təhlükəsiz nəqliyyat vasitələrinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır. Həmçinin yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və yol şəbəkəsinin qorunmasının təmin edilməsi məqsədilə avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə, yolların istismarına nəzarət və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsi, yol hərəkətinin təşkili işinin, sərnişindaşıma və yükdaşıma fəaliyyətinin təkmilləşdirilməsi, piyadaların, velosipedçilərin və yol hərəkətinin digər müdafiəsiz iştirakçılarının hərəkət təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağstafadan ÜZÜCÜ XƏBƏR: 43 nəfər xəstəxanaya yerləşdirildi -YENİLƏNDİ
Vatsapda yayılan səsyazısı ilə bağlı - Rəsmi açıqlama
Uroloq kişi sağlamlığı üçün ən faydalı məhsulları açıqladı

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Moskvada nə baş verib? (VİDEO)
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Mənzildən 23 yaşlı gəncin meyiti tapıldı