Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 Aprel 2026, 09:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
856
15.12.2019, 20:18
Türkiyədə yaşayan azərbaycanlıların sənədləşdirilməsi mərhələli şəkildə həll olunacaq.
Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib: “Bizim qarşımızda bununla bağlı ali rəhbərlik tərəfindən də tapşırıqlar qoyulub. Səfirlikdə bizim Daxili İşlər Nazirliyinin təmsilçiləri də var. Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələnin həlli istiqamətində işlər görür. Bu yaxınlarda da səfirlik tərəfindən bu məsələ ilə bağlı müvafiq işlər görülüb, yazışmalar aparılıb. Artıq həmin azərbaycanlıların siyahısı hazırlanaraq Türkiyə tərəfinə təqdim edilib. Yəqin ki, qısa zamanda bu məsələ hissə-hisə həll olunacaq”.
Həmçinin oxuyun
X.İbrahim bildirib ki, eyni zamanda Türkiyədə yaşayan uşaqların təhsil problemi də var: “Türkiyənin təhsil naziri ölkəmizə səfər edərkən Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov bu məsələni onun qarşısında ciddi şəkildə qaldırıb ki, sənədsiz uşaqlar da normal məktəblərdə təhsil ala bilsinlər”.
Səfir həmçinin qardaş ölkədə sənədsiz yaşayan azərbaycanlıların deportasiya edilib-edilməyəcəyinə də aydınlıq gətirib: “Orada yaşayan azərbaycanlılar deportasiya olunmayacaqlar. Onların Türkiyədə yaşaması üçün sənəd məsələsi həll olunacaq. Bunun üçün Azərbaycan və Türkiyənin hüquq mühafizə orqanları sıx işləməlidirlər. İlkin etapda Türkiyədə sənədsiz yaşayanların bir qisminin sənəd problemi həll ediləcək. Sonrakı mərhələdə isə Türkiyədə yaşayan digər sənədsiz azərbaycanlıların, ümumiyyətlə hər birinin məsələsinin həll olunmasına dair işlər görüləcək”.
09:00 / 10 Aprel 2026
18
00:54 / 10 Aprel 2026
279
00:39 / 10 Aprel 2026
233
00:14 / 10 Aprel 2026
230
23:55 / 09 Aprel 2026
209
23:39 / 09 Aprel 2026
208
23:18 / 09 Aprel 2026
219
23:11 / 09 Aprel 2026
342
22:58 / 09 Aprel 2026
239
22:44 / 09 Aprel 2026
195
22:34 / 09 Aprel 2026
133
22:19 / 09 Aprel 2026
145
21:56 / 09 Aprel 2026
141
21:46 / 09 Aprel 2026
111
21:29 / 09 Aprel 2026
105
21:09 / 09 Aprel 2026
105
20:58 / 09 Aprel 2026
111
20:36 / 09 Aprel 2026
167
20:14 / 09 Aprel 2026
364
20:00 / 09 Aprel 2026
212
19:59 / 09 Aprel 2026
305
19:44 / 09 Aprel 2026
226
19:30 / 09 Aprel 2026
213
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.