Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 Aprel 2026, 09:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
995
15.12.2019, 17:05
Azərbaycan ordusunun istefada olan hərbi qulluqçusu, general-mayor, keçmiş korpus komandiri Qabil Məmmədov növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Oxu24.com xəbər verir ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyimi irəli sürüb.
Bu barədə general öz şəxsi "Faceboo"k səhifəsində məlumat verib:
Həmçinin oxuyun
"Dəyərli dostlar!
Hamınızı salamlayır və qəbul etdiyim mühüm qərarım haqqında Sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, bir çoxlarınızın təkidli xahişini və ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüm. Bu qərar, bəlkə də həyatımda qəbul etdiyim ən məsuliyyətli qərarlardan biridir və onun mənəvi-psixoloji ağırlığını çiyinlərimdə hiss edirəm.
Sabahdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıram. İndiki imzatoplama dönəmində, sonrakı seçkiqabağı təşviqat və seçicilərlə görüş kampaniyasında, mənə dəstək vermək məqsədilə könüllü olaraq iştirak etmək istəyən bütün dostlarımızın təkliflərindən, aktivliyindən və həmrəyliyindən fərəh duyar və məmnun olaram”.
Qeyd edək ki, gneral-mayor Qabil Məmmədov Bərdədə hərbi birləşməsinin komandiri olub. Ondan sonra ölkəmizin Qazaxıstandakı səfirliyində hərbi attaşe, sonra isə HEM-ə şöbə rəisi vəzifəsinə təyin olunub. 2009-cu ildən hərbi qulluqdan istefaya göndərilib. Əslən Lənkəran rayonundandır.

09:00 / 10 Aprel 2026
18
00:54 / 10 Aprel 2026
279
00:39 / 10 Aprel 2026
233
00:14 / 10 Aprel 2026
230
23:55 / 09 Aprel 2026
209
23:39 / 09 Aprel 2026
208
23:18 / 09 Aprel 2026
219
23:11 / 09 Aprel 2026
342
22:58 / 09 Aprel 2026
239
22:44 / 09 Aprel 2026
195
22:34 / 09 Aprel 2026
133
22:19 / 09 Aprel 2026
145
21:56 / 09 Aprel 2026
141
21:46 / 09 Aprel 2026
111
21:29 / 09 Aprel 2026
105
21:09 / 09 Aprel 2026
105
20:58 / 09 Aprel 2026
111
20:36 / 09 Aprel 2026
167
20:14 / 09 Aprel 2026
364
20:00 / 09 Aprel 2026
212
19:59 / 09 Aprel 2026
305
19:44 / 09 Aprel 2026
226
19:30 / 09 Aprel 2026
213
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.