Bu ərazilərdə işıq olmayacaq
10 Aprel 2026, 00:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
883
13.12.2019, 11:05
Yasamal Rayon Məhkəməsində "Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov və "Azad Azərbaycan" telekanalının "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclası keçirlib.
Oxu24.com xəbər verir ki, Müşfiq Abbasov "report"a bildirib ki, şikayətçi Mehriban Həsənova onun və Z.Baxşəliyevin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib:
"Hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda şikayət əsassız olması səbəbilə icraata qəbul etməkdən imtina edildi".
Qeyd edək ki, şikayətə Müşfiq Abbasovun evin əlindən alınması ilə bağlı sosial şəbəkədə və Zaur Baxşəliyevin aparıcı olduğu "Bizimləsən" verilişində açıqlama verməsi səbəb olub.
Müşfiq Abbasov bildirib ki, M.Həsənovanın həyat yoldaşı Taleh Həsənov 2006-cı ildə öz baldızı qızı, fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Gülrux Həsənovanın adına "Təməl-N” MTK-dan ev alıb:
Həmçinin oxuyun
"Hadisədən 3 il sonra Taleh Həsənov dünyasını dəyişib. Taleh Həsənov özü o evə gəlib-getsə də, onun həyat yoldaşı Mehriban Həsənova heç vaxt orada olmayıb, yaşamayıb və onun adına da heç vaxt heç bir sənəd olmayıb. Lakin Mehriban Həsənova ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib”.
M.Abbasov qeyd edib ki, 2013-cü ildə G.Həsənovadan həmin evi 145 min dollara alıb:
"Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib. Hətta, bu, belə olduğu halda mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı dövlət notariusu təsdiqləyib və sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ona əsasən mənə çıxarış verib”.
Xatırladaq ki, M.Həsənova G.Həsənovanı, ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsini və üçüncü şəxs qismində isə "Təməl-N” MTK-nı məhkəməyə verərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüquqlarının bərpa edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələb irəli sürüb.
Bu işlə bağlı proses yuxarı məhkəmə instansiyalarında davam edir.
00:39 / 10 Aprel 2026
1
00:14 / 10 Aprel 2026
31
23:55 / 09 Aprel 2026
36
23:39 / 09 Aprel 2026
109
23:18 / 09 Aprel 2026
142
23:11 / 09 Aprel 2026
190
22:58 / 09 Aprel 2026
51
22:44 / 09 Aprel 2026
62
22:34 / 09 Aprel 2026
70
22:19 / 09 Aprel 2026
102
21:56 / 09 Aprel 2026
82
21:46 / 09 Aprel 2026
77
21:29 / 09 Aprel 2026
66
21:09 / 09 Aprel 2026
70
20:58 / 09 Aprel 2026
71
20:36 / 09 Aprel 2026
125
20:14 / 09 Aprel 2026
284
20:00 / 09 Aprel 2026
164
19:59 / 09 Aprel 2026
235
19:44 / 09 Aprel 2026
175
19:30 / 09 Aprel 2026
171
19:16 / 09 Aprel 2026
238
19:02 / 09 Aprel 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.