İş günü qısaldılacaq - Bu tarixdə
09 Aprel 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
727
12.12.2019, 19:46
"Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əmək haqqının artımı məsələsi də tərəfimizdən müzakirə olunan vacib məslələrdən olacaq".
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək: "Diaqnostik qiymətləndirmədə, təxminən, 3 minə yaxın psixoloqun istirakını arzu edərdik. Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, bizim artıq ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyacımız var. Ümumi sistemdə 2 mindən artıq psixoloq fəaliyyət göstərir və hazırki diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir".
Həmçinin oxuyun
Qeyd edək ki, dekabrın 24-dən 28-dək dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.
Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.
22:58 / 09 Aprel 2026
6
22:44 / 09 Aprel 2026
32
22:34 / 09 Aprel 2026
37
22:19 / 09 Aprel 2026
74
21:56 / 09 Aprel 2026
57
21:46 / 09 Aprel 2026
55
21:29 / 09 Aprel 2026
56
21:09 / 09 Aprel 2026
58
20:58 / 09 Aprel 2026
61
20:36 / 09 Aprel 2026
103
20:14 / 09 Aprel 2026
237
20:00 / 09 Aprel 2026
156
19:59 / 09 Aprel 2026
202
19:44 / 09 Aprel 2026
85
19:30 / 09 Aprel 2026
165
19:16 / 09 Aprel 2026
232
19:02 / 09 Aprel 2026
107
18:50 / 09 Aprel 2026
79
18:40 / 09 Aprel 2026
111
18:30 / 09 Aprel 2026
107
18:20 / 09 Aprel 2026
74
18:10 / 09 Aprel 2026
171
18:00 / 09 Aprel 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.