Quba rayonunda dağlıq ərazidə tapılan alpinistlərin meyiti Quba Patoloji Anatomiya Birliyinə aparılır.
Bu barədə Oxu24.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, alpinistlərin nəşi burada ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər.
Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb. Oxu24.com
ŞƏRHLƏR