Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1835
az

İnsanın həyat yoldaşı elə olmalıdır ki, onun qəlbinin dirilməsinə səbəb olsun

20:1516 May, 2018
1372
CƏMİYYƏT
  • A
İslam dini dost və rəfiq mövzularına xüsusi əhəmiyyət verən bir dindir. Çünki insan ictimai varlıq olduğu üçün, onun dosta ehtiyacı vardır. Çünki dost insan şəxsiyyətinin formalaşmasına təsir edər və onun həyat yolunu seçməkdə böyük rolu olar.

Həyat yoldaşı - insan üçün ən yaxşı və qalıcı dostdur.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, onunla bir damın altında uzun zaman ömür sürürsən. Ona görə də həyat yoldaşı seçimində gərək İlahi meyarlara riayət edəsən.

Elə həyat yoldaşı seçmək lazımdır ki, Qiyamət günü bizi zalımlardan etməsin. O zalımlardan ki, həsrət çəkər və deyərlər: "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". ("Furqan" 28).

İnsanın həyat yoldaşı elə olmalıdır ki, öz həyat yoldaşını cavidan həyata çatdırar və qəlbinin dirilməsinə səbəb olar. Hər zaman ki, ona nəzər salarsa, Allahı xatırlayar.

Həzrət Peyğəmbər (s) buyurur: "İnsan qəlbi ölər və onun amillərindən biri də ölülərlə dost olmaqdır". Soruşurlar ki, ölülər kimlərdir? Həzrət (s) buyurur: "Sərvətə qərq olmuş zənginlər".

Bu hədisə əsasən o kəslər ki, dünya malına qərq olub və dünya sevgisi onları əhatə edir - onlar diri deyil, ölüdürlər. Həmin şəxs insan qəlbinin ölməsinə səbəb olur.

Ona görə də hər kim dünya və axirət səadəti istəyirsə, evlənməzdən əvvəl seçimini düzgün etməlidir. İlahi meyarlar əsasında ailə qurmalıdır. Əks halda, o da ölülərdən olacaqdır.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA
Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı
Bakıya qarın yağmamasının SƏBƏBİ BİLİNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU