Noyabrda pensiya gözləyənlərə XƏBƏR
09 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
264
20.10.2026, 11:21
Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhlil edə və aktivlərinin bölgüsünü daha aydın görə bilərlər. Giriş prosesinin sadələşdirilməsi və əsas ekrandakı məlumatların daha əlçatan olması da investisiya təcrübəsini rahatlaşdırır.
Yeni versiyada portfelin nəticələrini izləmək üçün tamamilə yenilənmiş qrafik təqdim olunur. İstifadəçilər performansı 1 gün, 7 gün, 1 ay, 6 ay, 1 il, ilin əvvəlindən cari tarixədək və bütün dövr üzrə müqayisə edə bilərlər. Bu, portfelin zamanla necə dəyişdiyini izləməyə və müxtəlif dövrlərin nəticələrini qiymətləndirməyə imkan verir.
İnvestisiya fəaliyyətini daha dərindən anlamaq istəyənlər üçün isə yeni “Analitika” bölməsi yaradılıb. Burada seçilmiş dövr üzrə ümumi gəlir, ödənilmiş komissiyalar, əldə edilmiş dividendlər, ticarət nəticələri, müsbət və mənfi nəticə ilə bağlanan əqdlər, eləcə də ümumi mədaxil və məxaric barədə məlumatlar təqdim olunur. Beləliklə, istifadəçilər yalnız portfellərinin cari dəyərini deyil, müəyyən müddət ərzində həyata keçirdikləri əməliyyatların nəticələrini də təhlil edə bilərlər.
Yeni versiyada portfelin ümumi dəyərini və aktivlərin bölgüsünü izləmək də daha asan olub. İstifadəçilər səhmlərdə və ETF-lərdə yerləşən vəsaiti, eləcə də bu aktivlərin portfeldəki payını daha aydın görə bilərlər. Gündəlik istifadəni rahatlaşdırmaq üçün gözləmədə olan alış və satış sifarişləri əsas səhifədə ayrıca göstərilir, maraq doğuran şirkət və aktivlərin izlənildiyi “Watchlist” isə daha əlçatan yerdədir.
Birbank Invest-də qeydiyyat və giriş prosesi də indi daha sadədir. Belə ki, Bir ID ilə daxil olan müştərilərin əlavə üz tanıma mərhələsindən keçməsinə ehtiyac qalmayıb. Bununla yanaşı, iOS istifadəçiləri üçün tətbiqin dizaynı “Liquid Glass” yanaşması əsasında yenilənib və daha müasir vizual görünüş əldə edib.
Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.
13:21 / 09 Noyabr 2026
31
13:11 / 09 Noyabr 2026
66
12:57 / 09 Noyabr 2026
457
12:55 / 09 Noyabr 2026
76
12:40 / 09 Noyabr 2026
160
12:27 / 09 Noyabr 2026
106
12:15 / 09 Noyabr 2026
243
12:03 / 09 Noyabr 2026
897
11:56 / 09 Noyabr 2026
114
11:56 / 09 Noyabr 2026
153
11:43 / 09 Noyabr 2026
118
11:37 / 09 Noyabr 2026
256
11:34 / 09 Noyabr 2026
108
11:30 / 09 Noyabr 2026
102
11:22 / 09 Noyabr 2026
111
11:09 / 09 Noyabr 2026
292
11:05 / 09 Noyabr 2026
160
10:55 / 09 Noyabr 2026
222
10:51 / 09 Noyabr 2026
434
10:44 / 09 Noyabr 2026
200
10:38 / 09 Noyabr 2026
261
10:30 / 09 Noyabr 2026
151
10:27 / 09 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.